NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Moda: özünü ifadə vasitəsi

Giambattista Valli

Kuturye kralı Cambattista Vallidən eksklüziv müsahibə almağa bir sıra gözlənilməz sınaqlardan keçdikdən sonra müvəffəq oldum və sonda onun kolleksiyasının nümayişinin fantastik prosesində iştirak etmək mənim üçün mükafat kimi oldu. Valli hər gün gördüyü işdən zövq aldığını və bunu iş olaraq görmədiyinidedikdə yalan demir. Dizayner bir qadının nə istədiyini yaxşı bilir, buna görə də onun bütün obrazları belə parlaq və hər biri təkrarolunmazdır.

screen_shot_2016-12-09_at_15.18.05

Mənə elə gəlir ki, yüksək moda və hazır kolleksiya arasında müəyyən bir sərhəd var. Bu duyğunu kolleksiyalarınızı yaratdıqda hiss edirsiniz?

Mənim üçün moda bir mesajdır və çox aydın bir mesaj, yalnız qara və ya ağ olmağı vacib deyil. Mənim üçün bunların hamısı rənglərin və teksturunbirləşməsidir. Lakin yüksək moda – yüksək modadır, hazır geyim isə – hazır geyimdir, bunlar iki ayrı dünyadır.

Bir qadının «kuturye» libası yoxdursa, qlamur görünə bilərmi? 

Düşünürəm ki, qlamur görünmək istəyirsinizsə rəngləri uyğunlaşdırmaq vacibdir və dizayner paltarını geyinib geyinmədiyinizin əhəmiyyəti yoxdur: bütün məsələ özünüzə olan münasibətdə, özünüzü geyimdə necə təqdim etməyinizdədir. Moda – hər bir qadın üçün özünü ifadə vasitəsidir.  

_ag15991_jpg_4829_north_1382x_black

Otağı həyəcan bürüdü. Cənab Valli olduqca xoşbəxt görünürdü. O, öz modelləri və sadiq kostyumçu, prodüser, pr-agent və köməkçi komandası ilə fəxr edirdi, indicə final çıxışlarını bitirib yanından keçən qızları qürurlu bir ata məzun olan övladlarını qucaqladığı kimi qucaqlayırdı. Təqdiredici «bravo» səs-sədası və alqışlar hər yerdən eşidilirdi. Bu valehedici şou ən fərəhli reaksiya doğururdu! Sonra dostların axını başladı. Selin Dion möhtəşəm libasların dizaynından məsuliyyətli insanı, həmçinin bu kolleksiyaya xeyir-dua verən tərz ikonaları Karin Roytfeld və Anna Dello Russonu təbrik etməyə çıxdı...

Bu kolleksiya həqiqətən əzəmətlidir və möhtəşəmdir. Mən bunda bəzi rus motivlərini görməyə bilməzdim. Rusiya bu kolleksiyanıza təsir edibmi?  

Bəli, əlbəttə, düzgün qeyd etmisiniz! Mən Rusiyanın inqilabdan əvvəlki dövrə aid bir neçə filminə və seriallarına baxmışam, odur ki, kolleksiyamda həqiqətən müəyyən təsir var. Mən hətta belə bir filmin personajları ilə sıx əlaqəni hiss edirdim. Dekorasiyalar, kostyumlar, bu tarixin bütün atmosferi son iyirmi ildə gördüklərimdənən yaxşısıdır.

Bu kolleksiyanın hazırlığı zamanı ilham almaq üçün Rusiyaya getmişdiniz?

Təəssüf ki, bu dəfə getməmişdım. Amma daha öncələr orada çoxolmuşam, Rusiyada məni daima ilhamlandıran çoxlu dostum və müştərilərim var. Bu filmlərdə rus qadınlarının həmişə ehtiras dolu, bütün süjet boyunca güclü olduqlarını gördüm! Bundan necə ilhamlanmamaq olar?

screen_shot_2016-12-09_at_15.23.13

Bu kolleksiyada ustada məxsus bir çox elementləri görə bilirik: pastel tonlarında mini-paltarlar – bu dəfə gözlənilməz qara rəngdə, orta uzunluqda çəkmələrlə; Buccellati  brilliantları ilə bəzədilmiş çoxqatlı qara tül; çiçək naxışlı atqı;böyük qollar; yərə qədər şifonla bəzədilmiş paltarlar; yasəmənin ən gözəl çalarları və görüntüsündən pərəstişkarların danışıq qabiliyyətlərini itirdikləri toy libasları; ipəkdən açıq çiyinli və dəyərli daşlardan boyunbağılı qadın bluzları ilə dəst olan uzunbel şalvarlar...

screen_shot_2016-12-09_at_15.24.24

Paris Yüksək Moda həftəsində kuturye kralının şousuna qarderobla bağlı yaranan kiçik problemə görə bir qədər gecikdim, hətta «qızıl» bilet belə keçməyimə kömək edə bilmədi. Şou başlamaq üzrə idi… Nə olursa olsun bu şounun mötəbərliyini izləməyin yeganə yolu xidməti giriş idi. Və, mənim bəxtim gətirdi: cənab Vallinin yaradıcı-istehsalat prosesinin nadir füsunkar anlarının şahidi ola bildim.  Eləbu zaman onun assistent komandası qızların potensial alıcılardan, moda jurnallarının redaktorları və məşhurlardan (Selin Dion daxil olmaqla) ibarət kübar tamaşaçı qarşısına qüsursuz çıxmaları üçün əllərindən gələni edirdilər.  

screen_shot_2016-12-09_at_15.24.43

Rus mədəniyyətindən sizi ən çox ilhamlandıran nə oldu?

Yəqin ki, maraq doğuran olduğunu düşündüyüm qeyri-adilik axtarışı. Mən Rusiyanın sənət, moda, ədəbiyyat və dekorla zəngin ən yüksək mədəniyyət tərəqqisinin anlarını araşdırmışdım. Oraya qayıtmağı, yeni hekayələr tapmağı, sonra isə onları öz işlərimdə əks etməyi sevirəm. Podiumda gördüklərinizi mən tarixdən əldə edirəm:keçmişin əşyalarını bu gün geyinə biləcək əşyalara çevirirəm.    

Bu kolleksiyada Siz çoxlu zinət əşyaları istifadə etmisiniz. Bu Sizin üçün qeyri-adidir…

Bəli, mən növbəti dəfə zinət əşyalarının o zamankirus üslubunda taxılışınından ilham almışam: baş lenti, sancaqda və sırğalarda dəyərli daşlar, Faberje yumurtalarının zərifliyi və zənginliyi ilə və əlbəttə ki, brilliantlarla… Bütün bu elementlər məni təsirləndirir və onları öz işlərimdə istifadə etmək xoşuma gəlir.

screen_shot_2016-12-09_at_15.24.59

«Kuturye» kolkeksiyasını yaratdığınızda ən çox bəyəndiyiniz nədir?

İfadə azadlığı və öz yaratdığının köməyi ilə "Aya getmək". Yüksək moda geyimlərinin tikilişi üzərində işlədiyin zaman mümkün olmayan bir şey yoxdur. Mən istədiyim parçanı istifadə edə bilərəm, istənilən ölçüdə paltar hazırlaya bilərəm – öz istəyimə görə. Heç bir məhdudiyyət yoxdur... Deyə bilərəm ki, hər mövsüm "Aya gedirəm".

Hər kəs moda sənayesində son dəyişikliklər, moda sənayesinin təzyiqinin öhdəsindən gələ bilməyən və bir Moda Evindən digərinə keçən dizaynerlər haqqında danışır. Bu barədə nə düşünürsünüz?

Öz Moda evim üçün kütləvi istehsalat, "kuturye", Giamba line geyimləri hazırlayıram, həmçinin Moncler brendinin kreativ direktoruyam, odur ki, sənaye təzyiqinin nə olduğunu yaxşı bilirəm. Mən digər Moda evlərində də işləmişəm: Fendi, İtaliyada Karizia... Öz özümün ağası olduğuma görə bəxtim gətirib! Bu, həqiqətən lüksdur.

screen_shot_2016-12-09_at_15.29.58

Əminəm ki, böyük Moda evləri bəzi dizaynerləri əvəz etmək üçün Sizi dəfələrlə tovlamağa çalışıblar. Böyük bir moda evinə qatılardınızmı?

Mən hər şeyi öyrənmək istəyənbiriyəm və yeni fürsətlərə hazıram. Odur ki, heç vaxt "heç vaxt" demirəm: fürsətlər gəlib-gedir və həyatın təqdim etdiyi hər şeyi görmək lazımdır. Amma hal-hazırda əlimdə olandan zövq alıram və istədiyim hər şeyi – toy libaslarından və "kuturye" geyimlərindən tutmuş idman gödəkçələrinə qədər yarada bildiyimdən çox xoşbəxtəm. Mən səylə çalışıram, amma hələ də hər gün gördüyüm işimdən həzz alıram.

screen_shot_2016-12-09_at_15.31.03