NARGIS
Ru En
NARGIS MAGAZINE
İDMAN

Ağıl və ürək azadlığı

Yoqa, əlbətdə ki, əzəldən böyüklər üçün olan bir praktikadır. Onun məqsədi - insanın cismini xəstəliklərdən, zehnini isə dağıdıcı fikirlərdən azad edərək potensial və bacarıqlarını uğurla həyata keçirmə, tonus və məmnunluq səviyyəsini artırmağa şərait yaratmaqdır. Bəs bu praktika uşaqlara necə təsir edə bilər? Axı onların onsuz da enerjisi bol, məmnunluq hissləri yüksəkdir, zehinləri isə hələ çox çevik və bütün yeniliklərə açıqdır.

screen_shot_2017-05-11_at_16.38.31

Bunun mənimlə necə baş verdiyini xatırlayıram. Axı mən özüm keçmişdə babamla bərabər beş-altı yaşından yoqa ilə məşqul olmağa başlayan bir qızcığaz idim...

Mən nəfəsimi tarazlamağı və nauli etməyi, bədənimin istilik hissini duymağı, sərbəst rahatlamağı və asan pozasında durmağı öyrənirdim. Hətta nəlbəkidən duzlu suyu burnuma çəkərək təmizləməyə çalışırdım.

Yadımdadı, babam uca dağlarda yaşayan özünü idarəetmədə usta olan, iradəsinin gücü ilə üstündəki yaş dəsmalı quruda bilən sirli yoqlardan danışardı. Belə hekayələr məni təsirləndirirdi. Mən Sibirdə böyüyürdüm və bunun nə qədər çətin olduğunu çox yaxşı təsəvvür edirdim. Misal üçün: qarda oturaraq, kürksüz və ocaqsız isinmək, üstəlik də öz hərarətinlə yaş dəsmalı qurutmaq asan deyil...

Yoqa praktikası ilə birgə onun əsas prinsip və dəyərlərini başa düşməyə başlayırdım. Misal üçün, doğruluq güc və enerji verir, yalan isə onları alır. Düzgün, yaxşı sözlər demək ziyan verməkdən, başqalarının və özünün xətrinə dəyməkdən yaxşıdır. Ətraf mühitin mənim əhval ruhiyyəmlə təsirlənməsi haqqında birbaşa qarşılıqlı əlaqə prinsipi mövcuddur.

screen_shot_2017-05-11_at_16.39.16

Bu mənim daxili dünyamın müxtəlif hallarının ətraf mühitlə olan əlaqələsinin ümumdünya cazibə qüvvəsi kimi aydın və təsirli anlayışın tamamilə sağlam, sadə prinsipləri idi. Bu gün mən onu deyə bilərəm ki, məhz onlar mənim üçün bünovrə oldular. Ölkə tarixində kəskin dəyişiklər baş verirdi: Sovet İttifaqı dağıldı. Bizim ailədə də çətin zamanlar başladı. Mənim bəxtim gətirdi ki, uşaq ikən rahatlaşmaq metodlarını, diqqət ilə idarəetmə “oyunlarını”, özümü dərk etməyi və sakitləşməyi öyrənmişdim.

Mənim yoqa ilə məşğuliyyətim daim dəyişən mühitdə özümü müəyyən etmə məqamı ilə üst-üstə düşdü. Və bu dəyişkən mühitdə yoqa mənim üçün özünə güvənmə yolu oldu.

Bir müddət sonra rəqs kollektivinə qəbul edildiyimdə isə asan fəndini yerinə yetirdiyimdə əldə etdiyim həm fiziki hazırlığım, həm dartılma hərəkətim mənə çox yararlı oldu.

screen_shot_2017-05-11_at_16.38.49

Yoqanın qız uşaqlarına nə kimi müsbət təsirləri var?

Bəndləri sadalayım:

fikri cəmləməyə kömək edir və diqqəti inkişaf etdirir;

qorxu və narahatlığın öhdəsindən gəlməyə kömək edir;

özünü qiymətləndirməyə və özünə güvəni artırmağa kömək edir;

bədənimə nəzarəti və “zehin-bədən” əlaqəsini inkişaf etdirir;

sakitləşməyi öyrədir və artıq emosionallığı azaldır;

səbirsizlik və aqressiyanın öhdəsindən gəlmək bacarığını inkişaf etdirir;

utancaqlığa üstün gəlməyi, fikirlərini daha səlis izah etməyi öyrədir;

yaradıcılıq qabiliyyətini və təxəyyülü inkişaf etdirir;

sağlamlığının möhkəmlənməsinə kömək edir, immuniteti gücləndirir;

stresi aradan qaldırmağa kömək edir;

öz bədənini anlamağı, onunla ehtiyatla davranmağı öyrədir;

hərəkətlərin koordinasiyasını, cəldlik və çevikliyini inkişaf etdirir;

qaməti yaxşılaşdırır; möhkəm sümüklərin, əzələlələrin və bağların formalaşmasına kömək edir;

digər insanlarla qayğı ilə rəftar etməyi öyrədir.

screen_shot_2017-05-11_at_16.40.08

Ən əsası odur ki, qızlar yoqa ilə məşğul olduqları zaman özlərini, iştirak etdikləri prosesə öz münasibətlərini anlamağı və bu münasibəti ifadə etmələrini öyrənirlər.

Uşaqlarla olan yoqa dərslərində mən həmişə böyük məsuliyyət hiss edirəm. Kiçik qız üçün yoqa müəllimi - müəyyən qədər yaşlı, böyük insanın nümunəsidir. Ona qarşı diqqət və qayğım, həmçinin öz işimə olan həvəsim onun üçün çox vacibdir. Müəllimlə münasibətlərində qız uşağı sabitlik, güvən, mehribanlıq, dəstək, həmçinin də dərs prosesində onun imkan və məhdudiyyətlərinə hörmət axtarır. Həssas uşaq üçün etimadın yaradılması prosesi bir qədər çox vaxt aparır, amma əvəzində, o yarandıqdan sonra, valideynlər özləri də qızlarının necə inkişaf etdiklərinin şahidi olurlar.

Balaca qızlar üçün dərslərdə mən obrazların istifadəsinə və qarşılıqlı oyunlara xüsusi olaraq çox vaxt ayırıram.

İdman bölmələrindən fərqli olaraq yoqa qruplarında yarış elementi, ən yaxşı və ən pis anlayışı yoxdur. Hər hansı belə bir qrup istər uşaq, istər böyük öz üzvlərini dəstəkləyən, lakin heç kimi də qınamayan bir mikrocəmiyyətdir. İştirakçıların - həm böyük, həm də kiçiklərin bir-biri ilə ən dərin hisslərini: daxili narahatlıqlarını, özünü dərketmə istiqamətində qeyri-adi təcrübələrini paylaşmaq imkanları var.

14 yaşından başlayaraq qızlar tədris prosesində böyüklərin azadlıq və hörmətini xüsusi olaraq qiymətləndirirlər.

Yeniyetmə tez böyüyür: onun bədəni qısa müddətdə dəyişir və böyüyür, bu da koordinasiya ilə müəyyən çətinliklərə gətirib çıxara bilər. Yoqa - hərəkətlərin koordinasiyasının, hormonal oyanışların və bədəndə digər dəyişiklərin öhdəsindən gəlməyə kömək edir.

screen_shot_2017-05-11_at_16.40.22

Mənim üçün müəllim və ya yoqa təlimatçısı olmaq - böyük uğurdur! Bu ətraf mühitlə xüsusi incə mübadilədir, mənim həyat harmoniyamı və insanlara qarşı olan sevgimi digərləri ilə paylaşmaq imkanıdır. Daimi praktikada tələbələrimin həyatında müsbət dəyişiklikləri izləmək çox xoşdur! Kimsə özündə yaradıcı qabiliyyəti aşkar edir, kimsə mütəşəkkilliyini və nizam-intizamını inkişaf etdirir, kimsə özünə vaxt ayırmaq imkanını əldə edir və doğrudan da özünü duya bilir, nəhayət kimsə destruktiv və ağır münasibətlərdən azad olaraq, rahat nəfəs almaq imkanını əldə edir. Mən bu dəyişikliklərin şahidi və səbəbkarı olduğuma görə çox xoşbəxtəm!