IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılışı

Bakı Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəngarəng rəsmi açılış mərasimi keçirildi.

IV İslam Həmrəyliyi Oyunlarına rəsmi start verilmişdi. Yarışmalar (qrup mərhələsi) bir neçə gün əvvəl başlayıb, lakin rəsmi mərasim məhz dünən Bakı Olimpiya Stadionunda baş tutub.

Bakı bu miqyasda tədbirin təşkilatına tam məsuliyyətlə yanaşmışdı. Şou çox rəngarəng və yaddaqalan oldu. Yarışmaların öz mövzusuna uyğun ardıcıllıqla tamaşaçılara İslam mədəniyyəti, İslam dünyasının elm və idman sahəsində nailiyyətləri, məhz İslam alimləri tərəfindən olunan kəşflər haqqında danışılırdı.

Stadionda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı və "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Usaymin və digər rəsmi şəxslər iştirak ediblər.

IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi Bakı Olimpiya Stadionu və Bakı Bulvarı üzərində atəşfəşanlıqla sona çatdı.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000 dən çox rəsmi komanda nümayəndəsi və bir o qədər də texniki personal iştirak edir. Yarışmalarda, atletlər 24 idman növü üzrə 269 medal üçün mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir.