NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Kann Festivalının açılışı

Dünən axşam Krauzett sahilində 70-ci Kann Film Festivalına təntənəli olaraq start verildi.

Festivalı Lui Qarrel, Şarlotta Qensbur və Marion Kotiyarın baş rolda çəkildiyi, rejissor Arno Depleşenin “İsmayılın kabusları” filmi açıb.

Bu il əsas müsabiqəyə 18 film daxildir, iştirakçıların işlərini isə Pedro Almodovar, Cessika Çesteyn, Uill Smit, Ksavye Dolan, "Oldboy" filminin rejissoru Pak Çhan-Uk və Çin superulduzu Fan Binbin qiymətləndirəcək. "Xüsusi baxış" proqramının hakimlərinə aktrisa Uma Turman başçılıq edəcək.

Mərasimin ev sahibəsi bu il möhtəşəm Monika Belluçi oldu.

Women in Motion xüsusi mükafatının kimə veriləcəyi artıq məlumdur - bu fransız İzabel Yupper olacaq. Həmçinin Kannda Devid Linçin "Twin Peaks"inin üçüncü mövsümünün iki bölümünün və Eva Qrinin iştirakı ilə Roman Polanskinin yeni filminin premyerası baş tutacaq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5