NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Nargis fondu ilə birlikdə

1 iyunda, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Ülviyyə Mahmudovanın rəhbərliyi altında “Nargis” xeyriyyə fondu 2 tədbir keçirdi.

“Nargis” xeyriyyə fondu Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında oldu. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə xəstəxanada müalicə alan uşaqlar üçün əyləncəli proqram təqdim edilib. Balacalara Kamran Razmovarın iştirakı ilə maraqlı proqram və “Mister White” tərəfindən köpük şousu nümayiş olunub. Sonda “Nargis Fund” uşaqları bayram hədiyyələri ilə sevindirib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Regionda birinci olan Uşaq Klinikası 2012-ci ildən fəaliyyət göstərir. Klinikada dünyada mövcud olan perspektiv proqramlar və müalicə metodları tətbiq edilir. Burada kimya və şüa terapiyası, cərrahiyyə müalicəsi, immunoterapiya üsulları uğurla həyata keçirilir. Xəstəxanada müasir standartlara uyğun protokollarla terapiya aparılır və yaranmış fəsadlar peşəkarlıqla aradan qaldırılır. Əsas məqsəd beynəlxalq təcrübələrdən, yeni texnoloji imkanlardan istifadə etməklə, həmçinin xəstələrə fərdi yanaşmaqla onları sağaltmaqdır.

Həmçinin “Nargis” xeyriyyə fondu “Flame Towers”də yerləşən “Park Cinema” kinoteatrında 12 saylı xüsusi internat məktəbinin şagirdləri üçün cizgi film nümayişi təşkil edib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Uşaqların gəzdirilməsi üçün “Bakubus” MMC tərəfindən xüsusi avtobuslar ayrılıb. Kinoteatrda onları “Nargis” fondunun təsisçisi Ülviyyə Mahmudova, icraçı direktoru Nigar Nəzərova, icraçı direktorun müavini Nərmin Əliyeva və əməliyyat meneceri Lalə Xəlilova qarşılayıblar. Fondun rəhbərliyi bu aksiyaların uşaqların mədəni zövqünün formalaşmasında böyük rol oynadığını qeyd ediblər.  60-ya yaxın uşaq Azərbaycanın ilk uşaq kinokomediyası olan “Samedik” filmini böyük maraqla izləyiblər.

Tədbirin sonunda balacalara “Pizza Mizza” şirkətindən dadlı təamlar, eləcə də şirniyyatlar təqdim olunub. İnternat məktəbinin rəhbərliyi yaradılan şəraitə və uşaqlara sevinc bəxş etdiyinə görə “Nargis” fonduna öz minnətdarlıqlarını bildiriblər.