Arzuların xına gecəsi

Toy qabağı mərasimlər hər bir qız üçün əsrarəngizlik və şübhəsiz, füsunkarlıqla doludur. Şərq hər zaman öz dəbdəbəli ənənələri ilə tanınıb. Ən rəngli və şən toy qabağı rituallardan biri, demək olar ki, xınayaxtıdır – gəlinin rəfiqələri və qohum qadınlarının iştirakı ilə olan şənlik. Şadlıq, zarafatlar, qonaqlıqlar, xına ilə rəsm çəkmələr... Bu cür fövqəladə gözəl hadisəni lazımi səviyyədə təşkil etmək asan deyil. Sultan Saba mərkəzi şənliyin təşkilatını öz üzərinə götürməyə, bu qədər əhəmiyyətli və həyəcanlandırıcı günün ərəfəsində vücudunu və ruhunu harmoniyaya gətirərək gəlin üçün rahatlayıcı prosedurların tam spektrini təqdim etməyə hazırdır.

Sultan Saba Spa sizin ənənəvi qız şənliyinizin hər bir detalını sizin əvəzinizə düşünməyi təklif edir – xınayaxtı, gəlin üçün bütöv spa-prosedur kompleksinin təşkili... Bütün bunlar dəbdəbəli şərq üslubunda təşkil olunacaq. Yaxınlarınızın əhatəsində xoş vaxt keçirərək Siz mərkəzdən vücudunuzu və ruhunuzu toy hazırlığının bütün neqativ həyacanından və stresindən təmizləyərək çıxacaqsınız.

Ünvan: Cəlil Məmmədquluzadə küçəsi 73 F