Şərq mənşəli maskalar

Dəriyə təmizləmə, canlandırma və nəmləndirmə kimi baza qulluq mərhələlərindən başqa dəriyə qulluğun ən gözəl yolu maska istifadəsidir.

Onlardan müntəzəm istifadə etmək, demək olar ki, hər bir qadına tanış olan bir sıra problemləri həll etməyə imkan verir. Dərini nəmləndirmək, qidalandırıcı maddələrlə təmin etmək, quruluqdan, qabıq soyulmasından, səpmədən və piqment ləkələrindən azad etmək istəyirsiniz? O zaman bu sadə qulluq vasitəsi haqqında unutmayın.

Parça maskaları.

Parça maskaları həyatımıza nisbətən təzəliklə daxil olub. Bizə elə gəlir ki, qadınların həyatını asan etmək üçün nəzərdə tutulmuş daha bir ixtiradır. Lakin məlum olub ki, aromatik yağlar və ətirli otlarla qidalanmış parça kompressi ta qədimdən məşhur olub. Əlbəttə, indiki kimi bu qədər assortimentdə deyil. Bu gün hər bir qadın özü üçün dərisinin ehtiyacını daha yüksək dərəcədə qarşılayan məhsul seçə bilər.

Parça maskaları vaxtın olmamasından əziyyət çəkən müasir qadın üçün əvəzolunmazdır, axı bu maskalar dərini yarım saata qaydaya sala bilirlər.  Onlar ən tənbəl qadınlara belə uyğundur, bu isə onların məşhur olmasının sadəcə bir sirri deyil: heç bir şeyi qarışdırıb və durulaşdırmaq lazım deyil. Qablaşdırmanı açıb, maskanı üzə çəkib və 20 dəqiqə gözləmək kifayətdir. Bu cür maskalar üz quruluğuna, piqmentasiyaya və dartılmaya kömək edir, həmçinin səpmə və qırışlarla mübarizədə çox təsirlidir.

Bu və ya digər dəri problemlərini tez həll etmək imkanına sahib olan əlverişli və olduqca effektiv üz maskalarının əsası Koreyada qoyulub. Şərq qonşularının ardınca maska istehsalına Amerikanın və Avropanın böyük kosmetik şirkətləri də başlayıb. Lakin Yapon-Koreya maskaları artıq uzun illərdir ki, dəri və gözəlliyinin qayğısına qalanlar arasında ən etibarlı və uğurlu ad qazananlardır. Bu maskaların bir çoxu hipoallergik və tərkibinə görə təbiidir.  Asiya kosmetikasının tərkibində ən dəbli inqrediyentlər var: ilbiz ekstraktı, hialuron turşusu, inci, plasenta və kolloid qızılı ekstraktı.

Maskaları çantada saxlamaq və mühüm görüş və ya tədbir öncəsi özünüzü tez bir şəkildə qaydaya salmaq üçün istifadə etmək mümkündür.   

Təbii ki, maskalar dəri növünü və həll ediləcək problemləri nəzərə almaqla seçilməlidır.  Əsl gözə çarpan effekti görmək üçün maskaları kursla istifadə etmək lazımdır. Buna görə də, onları əldə edərkən 7-10 maska birdən almaq vacibdir.

Maskanı Sizin üçün hər hansı bir rahat vaxtda əsaslı təmizlənmiş üzə çəkmək lazımdır. Zərdabın qalıqlarını yumaq lazım deyil!  Maskaların seçimi çox genişdir, onları həftədə 2-3 dəfə istifadə etmək tövsiyə olunur.

Qeyd olunmuş təlimata riayət edin: tez-tez onun içində bu və ya digər maskanın istifadə qaydası təsvir olunur, məsələn, vasitəni istifadədən öncə isitmək və ya soyutmaq kimi... İstədiyiniz effektə nail olmaq üçün bu qaydalara dəqiqliklə riayət etməyə  çalışın.

 

Mətn: Sabina Qadırova