Yalçın Adıgözəlov: musiqinin xalqa yaxınlığı

Oktyabrın 16-da Moskvada ilk dəfə olaraq Crocus City Hall-da görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin XVI əsrin Azərbaycan poeziyasının klassiki Füzulinin "Leyli və Mejnun" poemasının motivlərinə əsasən bəstələnmiş eyni adlı əsərinin əfsanəvi operası səslənəcək.

Nargis redaksiyası bu cür əhəmiyyətli mədəniyyət hadisəsindən yan keçə bilməzdi. Məşhur azərbaycanlı dirijor, professor Yalçın Adıgözəlov Moskvada keçiriləcək olan premyera haqqında bu operanın Azərbaycan və dünya üçün mədəni və tarixi əhəmiyyətinə dair məlumat verdi. Müsahibənin tamamı Nargis jurnalının oktyabr buraxılışında Sizi gözləyir.

Azərbaycanda operanın premyerası 1908-ci ildə baş tutub və budur, artıq yüz ildən çoxdur ki, "Leyli və Məcnun" teatrın afişalarından düşmür.
Tamaşanın baş rollarını Azərbaycan Xalq Artisti Mənsum İbrahimov və gənc müğənni Arzu Əliyeva ifa edirlər.
Quruluşçu rejissor - Azərbaycanın əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssam - Azərbaycanın xalq rəssamı Rafiz İsmayılov, xormeyster - Sevzixan Sərdərov, baletmeyster - Azərbaycanın əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.