İnteryerdə modern üslub

Modern – memarlıq və tətbiqi-dekorativ üslubun adıdır və onun tərəqqisi 1890-1910-cu illərə təsadüf edir.

Bu tərz XX əsrin əvvələrində artıq bütün dünyada yayılmağa başlamışdır. Müxtəlif ölkələrdə modern öz pərəstişkarlarını tapır və ölkələrə uyğun olaraq fərqli tərzdə adlanırdı. Maraqlı bir faktı da qeyd etmək lazımdır ki, İngiltərədə yeni üslub digər Avropa ölkələrindəki kimi geniş yayılmadı. Buna səbəb o dövrün ingilis cəmiyyətinin konservativ düşüncələri olmuşdur.

Beləliklə modern üsluba gözəl işlənmiş taxta səthlər, növlərin müxtəlifliyi və formaları, qeyri-adi əyriliklər, solğun rəngli üzlüklər, assimetriya, rahatlıq, açıq teksturalar və dekorativ detallar aid edilir.

Müasir modern, onun müxtəlifliyini göstərən detallar, tamamilə yeni, unikal tekstura və materiallarla zəngindir. Ən əsası bu tərzin yaranma mənbəyini unutmaq lazım deyil. İnteryeri yaradan, məhz xəttlər, əyilmələr, təbiət motivləri və bütün elementlərin hormonik birləşməsidir. İnsan fantaziyasının heç vaxt məhdudiyyəti olmur və bu yöndən ən əsas xüsusiyyətləri ilə, bu, üslüb sizin evinizi işıqlı və yüngül, həmçinin uzun müddət insanın gözünü oxşayacaq qədər gözəl edəcək.

COLLEZİONE İtaliada mövcud olan modern üslublu tanınmış brendlərdən bir neçə nümunəni sizə təqdim edirik.

Cattelan Italia

Cattelan Italia – 1979-cu ildə Giorgio və Silvia Cattelan tərəfindən yaradılıb və son 35 il ərzində müasir innovativ mebellər təqdim etməklə mebel dünyasını heyrətə gətirməyə davam edir. Cattelan Italia rəhbərliyi, İtaliyanın ən məşhur dizaynerlərindən bir neçəsi ilə əməkdaşlıq etməklə ailəsinin ənənəsini davam etdirən oğlu Paolo'ya vermişdir. Gastone Rinaldi, Yoshino və Emilio Nanni brendin mükafat qazanmış kolleksiyaslarında əməyi keçən yenilikçi dizaynerlərdəndirlər.

Hülsta

Hülsta – böyük səylə seçilmiş materiallar, diqqətlə işlənmiş detallar və eksklüziv dizaynda özünü əks etdirən keyfiyyətli mebeldir. Mebelin hər bir elementi individual olaraq hazırlanır. Dizayner qərarlarının zənginliyi məhsulun sifarişlə düzəldilə bilməsindən irəli gəlir. Hər bir mebelin səthinin kombinasiyasının müxtəlifliyi, forma və ölçüləri rahat bir ev yaratma imkanlarını təklif edir.

Jesse

Jesse - İtaliya istehsalı olmağına baxmayaraq, beynəlxalq ruhla həmahəngdir. Məhsullar 100% İtaliya istehsalıdır və elə 20-ci əsrin əvvəllərində qurulduğu, baş qərargahı, fabrikası və sərgi zalının yerləşdiyi həmin məkanda şirkətin fəaliyyəti həyata keçirilir. Kolleksiyalarını yaradarkən, Jesse, Avropa və Amerikanın bir sıra iri şəhərlərindən gələn ideyalardan ilham alır.

Porro S.p.A.

Porro şirkəti 1925-ci ildə, ənənəvi olaraq italyan mebel istehsalının mərkəzi olan Brianza ərazisində yaranıb. Bu gün Porro ağacın seçilməsi, işlənməsi və interpretasiyası qabiliyyətinə malik olan beynəlxalq bir markadır. Keçmişin incə ağac emalı texnikaları ilə yanaşı, parlaq və mat səthlərə qabaqcıl texnologiyaların tətbiqi inanılmaz dərəcədə geniş və dəqiq işləmələr təklif edir.

 25000 kv metr ərazidə yerləşən irimiqyaslı məkanı və gözoxşayan konsepsiyası ilə paytaxtımızda ilk olan Collezione Italia interyer mərkəzi alıcılarına Avropanın ən unikal mebel brendlərindən ibarət zəngin kolleksiya təqdim etməkdədir. Məkanda “lüks” sinfə məxsus 300-dən çox brend tərəfindən yüksək keyfiyyətə malik İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan mebel və mətbəx nümunələri, santexnika aksesuarı, divar kağızları, parketlər, qapı və pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksesuarlar sərgilənir.

Əfsanəvi mebel brendlərindən əlavə, dünyaca məşhur dizaynerlərin interyer nümunələrinin orijinal formada və bir məkanda təmsil olunması burada qonaqlara, xüsusən də yeni ev sahibi olmağa hazırlaşanlara interyer dünyasındakı tendensiyaları yaxından izləmək üçün imkan yaradır.

Ətraflı məlumat üçün:
www.collezioneitalia.az

Ünvan: Akademik H.Əliyev küç, 139A
Tel: +994 50 228 11 00; +994 12 568 11 00; *1100

Instagram: Collezioneitalia
Facebook: Collezione Italia