HƏR ŞEY KİTABDAN BAŞLAYIR

2017-ci ilin 27 iyun tarixində, Tbilisidə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Qiorqadze Azərbaycanın görkəmli ictimai xadimi və yazıçısı Nəriman Nərimanovun ev-muzeyinin təntənəli açılış mərasimində qırmızı lenti kəsiblər. SOCAR-ın maliyyə dəstəyi ilə yenidən inşa edilən iki mərtəbəli bina özündə 150 illik keçmişi - XX əsrin görkəmli simalarından birinin uşaqlıq, gənclik çağlarını, mənəvi dəyərlərinin yaranması və formalaşmasını qoruyub saxlayır...  

160

Muzey sükutunda əsl sahibinin əlindən keçən iş və şəxsi yazışmalarına, məşhur əsərlərin əlyazmalarına, kiçik əşyalar kimi nadir eksponatlara baxaraq fərqində olmadan iki ölkənin - Azərbaycan və Gürcüstanın tarixindən unikal fraqmentləri qoruyub saxlayan bu divarların aurasına daxil olursan. Nəriman Nərimanovun bioqrafiyası, onun müxtəlif illərdə dövlət hakimiyyətinin yüksəkliklərinə qalxmasının tarixi gah ittiham olunub və lənətlənib, gah yenidən yazılıb, gah da gizlədilib... Lakin bizim mədəniyyəti irəliyə aparan müasir texnologiya - elektron kitabxanası olan Internet - onun fəaliyyətinə anlıq siyasi konyunkturaya baxmadan tamamilə obyektiv qiymət verməyə imkan verir. Bu qiymətləndirmə isə birmənalıdır: Nəriman Nərimanov - öz xalqı üçün çox işlər görən görkəmli tarixi şəxsiyyətdir. Onun millətin mədəni inkişafına verdiyi töhfə, habelə onun demokratik və kübar əqidəyə əsaslanan dövlət fəaliyyəti başqa cür qiymətləndirilə bilməz.    

screen_shot_2017-10-03_at_16.49.02

İlk kitabxana-qiraətxana

Nəriman Nərimanov, milliyyətləri qarışıq tələbələrdən ibarət olan məşhur Qori seminariyasını bitirmişdir. Burada o, demokratik fikirləri mənimsəyib. Seminariyanı bitirdikdən sonra o, ucqar yerlərə - uşaqlara savad öyrətməyə gedir. Orada o, indi muzeydə də əlyazmasını görə biləcəyimiz ilk "Nadanlıq" pyesini yazır.

İlk dəfə Nəriman 1891-ci ildə 21 yaşında Bakıya gəlir. Küləklər şəhərində dolaşan yeni yaranmış inqilabi hərəkatın xüsusi ruhu onu o qədər ilhamlandırır ki, o iki pyes birdən - "Şamdan bəy", "Nadir Şah" və "Bahadır və Sona" romanını yazır, üstəlik N.V.Qoqolun məşhur "Müfəttiş" komediyasını Azərbaycan dilinə tərcümə edir və bu komediyanın səhnəyə qoyulmasına nail olur, bununla belə özü də baş rollardan birini oynayır. Bu tamaşaların afişa və elanları indi muzeydə sərgilənir.

screen_shot_2017-10-03_at_16.49.12

1894-cü ildə Bakıda Nərimanovun təşəbbüsü ilə müsəlman dünyasında bağışlanmış kitablardan ibarət ilk ictimai kitabxana-qiraətxana açılır. Kitabların kitabxanada saxlanılmasına görə minimal şəraiti təmin etmək üçün kitab oxumağın simvolik qiyməti - 2 qəpik təyin olunmuşdu. Bu hadisə şəhərin mədəni və ictimai həyatında böyük sıçrayış olmuşdu. Müdriklər əbəs yerə demirlər: hər şey kitabdan başlayır..

Ayrı zalda müasir müəlliflərin çoxsaylı əsərləri - bu görkəmli insanın həyat və yaradıcılığının araşdırmaları sərgilənir. Zalın ortasında Nərimanovun çalışdığı yazı masası yerləşir. Masanın üzərində şamdan, yazı dəsti və sinidə miniatür çaydan, balaca qəndqabı, stəkanaltıdan ibarət zərif gümüş çay servizi var... Bütün bunlar vaxtilə görkəmli yazıçı və ictimai xadimin yaradıcılığının uzun saatlarını müşayiət edirdi.

screen_shot_2017-10-04_at_11.39.37

İnqilabın eşiyində 

32 yaşlı Nəriman Nərimanov həyatını kökündən dəyişmək qərarına gəlir və Novorosiskiy (Odessa) Universitetinin tibb fakültəsinə daxil olur.    

O dövrdə azərbaycanlılar arasında həkimlərin sayı çox az idi, onlara ehtiyac isə çox böyük idi, xüsusilə də, kənd yerlərində. Lakin o dövrlərdə ali təhsil müəssisəsində təhsil almaq ucuz deyildi. Buna yalnız zəngin ailələrin övladlarının imkanı çatırdı. Nəriman Bakı Dumasının məktəb komissiyasının sədrinə ona təqaüd ayrılması ilə bağlı müraciət edir. Təhsil üçün 350 rublu tanınmış xeyriyyəçi və milyonçu Hacı Zeynalabdin Tağıyevin özü ona təqdim edir; ömrünün sonuna qədər Nərimanov onunla səmimi münasibətini qoruyub saxlamışdır. 

Məhz Odessada tələbə Nərimanov inqilabi həyatın ortasına düşür. 1905-ci ildə baş verən inqilabi hadisələrin gedişatında isə bütün imperiyanı həyəcan bürümüşdü, o cümlədən bu təhsilə də təsir etmişdi. Təhsil aldığı Universitet bağlanır və Nəriman Bakıya geri qayıtmaq məcburiyyətində qalır. Burada o, yenidən teatr fəaliyyəti ilə məşğul olur: özünün də müxtəlif rolları canlandırdığı pyesləri səhnələşdirir. Paralel olaraq tibbi fəaliyyətlə də məşğul olur.

screen_shot_2017-10-04_at_11.40.48

1913-cü ildə 44 yaşlı Nəriman qardaşı qızı Asya xanımın tanış etdiyi 15 yaşlı Gülsüm xanımla ailə həyatı qurur. Muzeydə ailə arxivinin fotoları qorunur: atası Kərbəlayi, anası Həlimə xanım, gözəl həyat yoldaşı Gülsüm, oğlu Nəcəf... Onların birlikdə xoşbəxt olduqları zamanlar.

Yenə də muzeydə təqdim olunmuş Nərimanovun yaxın dostu olan Abdulla Şaiq “Xatirələrində” qəhrəmanımızın gec yaşda evlənməsinin səbəblərini qeyd edib. O, yazır: "Nəriman öz ailəsinə çox bağlı insan olub. Bütün günü zəhmət çəkirdi, var gücü ilə 12 nəfərdən ibarət (yaşlı anası, xalası, iki dul bacısı və onların uşaqları, qardaşı uşaqları...) böyük ailəsini təmin edə bilmək üçün çalışırdı. Yeri gəlmişkən, Nəriman Nərimanovun və Abdulla Şaiqin nəslindən olan nəvə-nəticələri ənənəni qoruyaraq bu günədək dostluq edirlər.

screen_shot_2017-10-04_at_11.39.04

Xalqın tarixinin əks olunması 

Başlanmış inqilabı Nəriman Nərimanov yaxşılığa doğru aparan yeni külək kimi qəbul etdi. Yeni beyinlər parlaq gələcək haqqında şüarlar ilə doldurulmuşdu, lakin heç kim ona necə çatacağı barədə doğru-düzgün təsəvvürə malik deyildi. Məlum olan sınanmış və səhv yolla getdilər.

Nərimanov bu siyasi qalmaqal çəkişmələrində və ideoloji qarışıqlıqda loyal və düzgün düşünən biri oldu. Özünü yaxşı siyasətçi və strateq kimi göstərə bildi, lakin ilk növbədə adi insanların ehtiyaclarına qayğı ilə yanaşan ağıllı, istedadlı təsərrüfatçı kimi ifadə edə bildi. Onu əbəs yerə çətin 20-ci illərdə Moskvaya, Dövlət Hakimiyyətinin mərkəzi aparatına işləməyə dəvət etməmişdilər. 

1925-ci ildə, 55 yaşında, kifayət qədər müəmmalı şəraitdə, Stalinin qəbulunda olduqdan dərhal sonra, Kremlin yaxınlığında o infarkt keçirdi.  

Nəriman Nərimanov Kremlin divarları yaxınlığında dəfn edilib - bu da onun yüksək nüfuzunu və dövlət xadimi kimi əhəmiyyətini sübut edir.

Ölümündən bir qədər əvvəl Nəriman Nərimanov o zaman altı yaşı olan oğlu Nəcəfə ətraflı məktub yazmışdı. Muzeydə məktubun surəti saxlanılır. Ata sanki düzgün danışmağının və bəzi yoldaşlarının davranışlarına qarşı qəzəblənməsinin onun üçün kədərli nəticələr verəcəyini hiss edirdi və öz yeganə oğluna nəsihət verməyə tələsirdi. Yetkinlik yaşına çatan oğlu da atasının tam surəti olmuşdu - onun kimi qorxmaz, dürüst, açıq sözlü... Tank komandiri olan Nəcəf Nərimanov Böyük Vətən müharibəsinin qızğın vaxtında qəhrəmancasına həlak oldu.

Nəriman Nərimanovun və onun ailəsinin həyat hekayəsi bütün xalqımızın tarixinin əksidir. Bu tarixin ən parlaq məqamları fotoşəkillərdə, iş dəftəri və sənədlərdə təzahür olunub və indi onları burada, sakit muzey məkanında görmək mümkündür.

Nəriman Nərimanovun Ev Muzeyinin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR Energy Georgia prezidenti Mahir Məmmədov iştirak ediblər.