Tahir Salahovun Pekindəki sərgisi

Hər il keçirilən Pekin Festivalı çərçivəsində görkəmli fırça ustası Azərbaycanın xalq artisti Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb. 
 
 
Pekin İncəsənət Festivalı məşhur sənətkarların, heykəltəraşların, dizaynerlərin və digər incəsənət xadimlərinin sərgilərini təşkil edir, master-klasslar, mühazirələr və seminarlar keçirir. 

Pekində "798" Art-Zonada təşkil edilən festival, yalnız paytaxt sakinlərinin mədəniyyət həyatında deyil, bütün ölkədə əhəmiyyətli bir hadisədir. Budur, hər il keçirilən tədbirdə incəsənətə qiymət verən Çinlilər dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığı ilə tanış olmaq imkanı əldə ediblər.

Hələ 1 ay davam edəcək olan sərgidə rəssamın müxtəlif janrlarda hazırladığı təxminən 20 əsəri təqdim olunub.