NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Qalina Bağırova: Qoroskop

TƏRƏZİ

libra

Tərəzilərin bəxti çox gətirəcək, bu da onlara çox rahat yaşamağa imkan verəcək. Hər şey tamamilə asanlıqla əldə olunacaq, tərəzi hər şeyə optimizmlə yanaşır, həyat yalnız yaxşı tərəfə yönəlir. İşdə özünüzü ən yaxşı tərəfdən göstərmək, heyran etmək üçün əla vaxtdır. Sizə maraqlı olan hər kəsə və bütün dünyaya özünüzü göstərmək vaxtıdır. Bir qədər sonra başqa bir şəhərə köçmək, iş yerini dəyişmək təklif oluna bilər. Heç bir halda imtina etməyin, bu Sizə iş dünyasında yeni perspektivlər açacaq. Son dərəcə diqqətli olun və o zaman inanılmaz uğurlara nail olacaqsınız!

ƏQRƏB

scorpio

Əqrəblər artıq münasibətlərini aydınlaşdırmağa son qoymalıdırlar, əks halda Sizi xoşagəlməz və artıq söhbətlər gözləyir. Vəziyyəti unudun və sərbəst buraxın və o zaman qarşınızda yeni perspektivlər açılacaq. Sizə yeni bir layihə təklif olunacaq. Lakin unutmayın ki, xeyrinizə olan son qərar ayın sonunda veriləcək. İş görüşməsində Siz möhtəşəm görünməlisiniz, mənfi emosiyalarınızı və yorğunluğunuzu gizlətməlisiniz, sadəcə peşəkar keyfiyyətlərinizi göstərməlisiniz. Ulduzlar Sizin üçün müxtəlif növ sirlər və intriqalar şəraiti yaradırlar, onlara aldanmayın. Bir az kölgədə qalın və o zaman müvəffəqiyyətlə lider olacaqsınız, sizin maliyyə işləriniz yüksələcək. Romantika isə sizi çox gözlətməyəcək.

OXATAN

sagittarius

Oxatanları sadəcə pul və ətraf mühitin onları necə qəbul etmələri maraqlandıracaq. Ulduzlar geyimə planlaşdırılmamış xərclər etməyi məsləhət görmür. Ayın sonuna qədər çox çalışmaq və maliyyə problemlərini həll etmək lazım gələcək. Narahat olmağa dəyməz. Bəxtiniz gətirəcək və Siz yaxşı pul qazana biləcəksiniz. Sadəcə vəsaiti düzgün idarə etmək lazımdır. Eşqlə eksperiment aparmayın, öz mühitinizdən olmayan insanlarla tanış olmayın, yeni duyğular axtarmayın. Yaxşısı budur, lazımsız sevgi görüşlərindənsə, yeni iş layihələrini seçin. Tale özü sizi peşəkar problemləri həll etməyə yönəldir. Əgər alın təri tökərək çalışsanız, nəticələr sizin ən cəsarətli gözləntilərinizi keçəcək. Şöhrət, məşhurluq və uğur çox tezliklə sizə gələcək!

OĞLAQ

capricorn

Nəhayət Sizə karyeranızın inkişafı üçün ideal fürsət veriləcək! Sizin layiqli nüfuzunuz var və ad-san sizə işləyir. Sentyabrın sonu xaricə səyahət etmək üçün əlverişlidir, maliyyə işləriniz düzgün irəliləyəcək. Oğlaqlar sevgi üçün yaranıblar, sevdiyiniz və uzun zaman unutmadığınız insanı əldə etməyə nail olun. Sevdiyiniz insan geri qaytarmağa çalışın, zaman o qədər tez ötüb keçir ki, sonraya qoymaq şansı yoxdur. Şansınızı qaçırmayın. Həqiqi hisslərinizi göstərin, köhnə küskünlükləri unudun, yalnız sevgi Sizin həyatınızı gözəlləşdirəcək!

DOLÇA

aquarius

Siz qorxu və komplekslərdən, xəstəliklər və borclardan əziyyət çəkəcəksiniz. Həyatınızdakı bu vəziyyəti özünüz yaradırsınız: vədinizi yerinə yetirmədiniz, söz verdiyiniz, işi vaxtında etmədiniz. Budur nəticə - məhkəmələr, mübahisələr və borclar Domokl qılıncı kimi başınızın üstünü alıb. Siz psixoloji olaraq tükənmisiniz və müalicəyə ehtiyacınız var. Həqiqətlə yaşamaq - gözəldir, lakin son illər siz yalanlarla pul əldə edib şəhərdən şəhərə köçərək insanlardan gizlənirsiniz. Öz davranışlarınızın səbəblərini araşdırın: hər xoşagəlməz vəziyyətdə siz özünüzdən savayı hər kəsi günahlandırırsınız, amma bunun səbəbi məhz sizsiniz. Öz səhvlərinizi etiraf etmək istəmirsiniz, amma Kainat çoxdandır sizə xəbər verir ki, belə yaşamaq olmaz. Bu davranışla, siz ən yaxın insanınızı itirə bilərsiniz. Hələ səhvlərinizi düzəltmək üçün vaxtınız var və yalnız bu halda Kainat bir şəkildə Sizə necəsə kömək edə bilər.  

BALIQLAR

pisces

Siz nəhayət ki, köhnə mübahisəyə son verdiniz və yeni planlar və perspektivlər sizi sevindirəcək. Ulduzlar balıqlara ailə qurmaq üçün yol açırlar. Yalnızlıqla vidalaşın. Yeni layihələrdən çəkinməyin, sağlamlığınızı qoruyun, lazımsız gərginliyi və aqressiyanı aradan qaldırmaq üçün daha çox istirahət edin. Sevdiyiniz insanla tez-tez təbiətə çıxın. Unutmayın ki, siz ev tikməlisiniz, ağac əkməlisiniz və dünyaya uşaq gətirməlisiniz. Balıq bürclərinin çox istedadlı uşaqları olur. Şansınızı qaçırmayın.

QOÇ

aries

Mehriban olun, aqressiyanızı gizlədin, yaxınlarınızla mübahisə etməyin. Yaradıcılıq və romantik münasibətlər üçün gözəl bir dövr başlayır. Biznes ilə məşğul olan qoçları müvəffəqiyyət gözləyir. Sadəcə israfçıl olmayın, əldə etdiklərinizlə kifayətlənməyin və kosmos sizə uzun müddət gözlədiyiniz xoş sürprizləri göndərəcək. Bir çox qoçlar arzu etdikləri evlə təmin olunacaqlar. Hətta bu ev onlara hədiyyə olunacağı istisna hal deyil. İstədiyinizə nail olmaq üçün güzəştə gedin.

BUĞALAR

taurus

Yeni iş əlaqələrini gücləndirmək üçün ən gözəl zamandır. Sadəcə canfəşanlıq etməyin və hazır olun, sizi dəyişikliklər gözləyir. Önə qaçmayın və borc pul verməyin - vəsait tezliklə sizə yeni və uzunmüddətli layihələrə lazım olacaq. Eşqdə xoş romantik dəyişikliklər başlayacaq. Daha çox idmanla məşğul olun.

ƏKİZLƏR

gemini

Soyuq günlər başlayır: sağlamlığınızı qoruyun. Bütün əvvəlki aylarda vaxtınızın çoxunu ailənizə ayırmaq məcburiyyətində oldunuz, özünüzlə məşğul olmağınızın artıq zamanıdır. Sağlamlığınızı bərpa edin, immunitetinizi gücləndirin, düzgün qidalanın, pəhrizə başlayın və ya bir günlük özünüzə aclıq elan edin. Çoxlu təbii şirələr için: yerkökü, alma, kərəviz şirəsi. Özünüz üçün blenderdə yaxşıca çırpılmış cəfəri ilə kefir kokteyli hazırlaya bilərsiniz. Bütün bunlar sizin üçün çox faydalı olacaq! Biznesə gəldikdə isə noyabr ayına qədər səbr etmək lazım gələcək, tezliklə yeni perspektivlər və təkliflər yaranacaq. Lakin bütün qərarları siz verəcəksiniz. Eşq başınızı döndürə bilər, amma ürəyinizlə deyil, ağlınızla hərəkət etməyə çalışın.

XƏRÇƏNG

cancer

Xərçənglər güc və yeni ideyalarla dolu olsa da, ulduzlar özünüzü qorumağı və artıq yüklənməməyi məsləhət görürlər. Başqalarının problemlərindən uzaqlaşmağa çalışın. Enerjinizi başqalarının problemlərinin həllinə sərf etməyə ehtiyac yoxdur, onlar sizi aşağı çəkə bilərlər. Çox tezliklə istedadınızla rəhbərliyiniz və şəxsi biznesinizin qarşısında parlayacaqsınız. Bu sizə uğur qazandıracaq, hətta bəlkə də sizin vəzifənizi qaldıracaqlar. Bir qədər sonra istirahət etmək imkanınız olacaq. Payız havası sizi romantikaya laqeyd qoyacaq. Ulduzlar vaxtınızı daha çox ailənizə ayırmağı, piyada çox gəzməyi və üzgüçülüklə məşğul olmağı tövsiyə edirlər. Bu Sizə fiziki və mənəvi tarazlığa nail olmağa imkan verəcək və bütün planlarınızı həyata keçirmək üçün kömək edəcək.

ŞİR

leo

Sentyabr ayının sonunda şirlər qısa bir sakitliyə qapılacaqlar. Yeni əşyalara, zövqə və istirahətə böyük maraq yaranacaq. Şirlərin yeni tərzi əks cinsin tənha və maraqlı üzvlərini cəlb edəcək. Nəhayət, yaxınlarınız və dostlarınızla münasibətləriniz qaydaya düşəcək. Ulduzlar maliyyə məsələlərində ehtiyat etməyi və yeni tanışlıqlardan və səfərlərdən imtina etməməyi məsləhət görürlər. Karyera haqqında hələ ki düşünməyin, vəzifədə yüksəliş gözləməyin. Gələcəkdə buna nail olmaq üçün daha fəal olun, optimizmi itirməyin, tezliklə şirləri böyük müvəffəqiyyət gözləyir!

QIZ

virgo

Ulduzlar təlaşlanmamağı tövsiyə edirlər, sənədlərlə bağlı problemlər yarana bilər, həm işdə, həm evdə nizam-intizam yaratmaq lazımdır. Tezliklə artıq vəsaitiniz olacaq və bu, yeni bir əyləncə ilə məşğul olmaq imkanı yaradacaq. Biznesdə hər şey öz qaydasında gedəcək, enerji axınını hiss edəcəksiniz və hər şeyə yetişəcəksiniz. Sevgidə hər şey yalnız Sizin təşəbbüsünüzdən asılı olacaq. Bəzi qız bürcləri özlərinə yalnız məntiqlə tay seçə biləcəklər, lakin eşqdə də onları ehtiraslı və çox maraqlı münasibətlər gözləyir.