Calvin Klein’ın bütün kampaniyaları bir albomda

Calvin Klein brendinin qurucusunun yaradıcılığından bəhs edən ilk albom işıq üzü görüb. Alboma Calvinin 30 illik iş həyatı ərzində reklam kampaniyaları, lookbook və jurnallar üçün çəkilən 40 000 ədəd şəkil daxildir.

kate_m_main_b

 

14 il bundan əvvəl dizayner öz haqlarını PVH amerikan şirkətinə satmışdı, lakin məhz onun "idarə etdiyi" dövrdə çəkilən kadrlar əbədi moda fotoqrafiya tarixinə girdi. Onlarda hər zaman təxribat və seks mövcuddur - və heç kim heç vaxt bu qədər açıq şəkildə bunu təqdim etməmişdi. "Obsession" ətrinin reklamı üçün çılpaq Kate Moss və həddi-buluğa çatmamış Brooke Shields ilə qadağan edilmiş kampaniya - bütün bunlar alboma daxil oldu.

book-about-calvin-klein-cover

Niyə dizayner bu kitabı indi buraxıb sualına isə Klein "The New York Times" qəzetinə verdiyi müsahibəsində cavab verib: "İnsanlar onu uzun illərdir gözləyir". Bunu məndən xahiş edən ilk Missis Onassis olub. Allah bilir niyə. Anna Wintour mənə təzyiq edirdi. Lakin mən geriyə baxmıram. Mən anı yaşamağı və gələcək haqqında düşünməyi sevirəm. Həm də düşünürdüm ki, bu olduqca emosional ola bilər və bu yükün altına girmək istəmirdim. Amma tələbələrlə çox söhbət edirəm və anladım ki, onlar mənim adımı bilirlər, lakin Calvin Klein'ın keçmişindən olan vizual kontenti bilmirlər. İstərdim ki, onlar bunu kitabdan öyrənsinlər.

book-about-calvin-klein-1

Kitabı artıq $ 92-a Amazon'dan satın almaq olar.