Lady Di ilham mənbəyi kimi

Şahzadə Diana xeyirxahlığı, xarizma və möhtəşəm stil hissi ilə bütün dünyanın qəlblərini qazandı. Onun ölümündən artıq 20 il keçib, lakin Lady Di bu gün də dizayner və moda pərəstişkarları üçün ilhamvericidir. Onun Kral ailəsinin rəsmi dresskodu çərçivəsində qurduğu cəsur və qadınsı obrazı onu əbədi olaraq dəb ikonasına çevirdi. Diana Spencer'i həmin Lady Di’yə çevirən kiçik sirləri araşdırırıq.

 

  • Mirvari. Diana nənələrin və yaşlı aristokratların kiçik anbarlarından bir ip mirvarini işıq üzünə qaytardı. Mirvari onun obrazlarında cəsarətli və təbii görünürdü.

  • Göy layner. Gözlərinin dərinliyini və rəngini Diana sadə makiyaj üsulu ilə vurğulamağı çox sevirdi. Daha sonra Şahzadə Charles'in həyat yoldaşı göy göz laynerini qəhvəyi rəngə dəyişdi.

 

  • Adı yazılmış asma bəzək və qolbaqlar. Əgər bir ip mirvari yox idisə, Diananın boynunda latın D hərfi şəklində asma bəzək parlayırdı. Qolbaqlarında isə «H» və «W» (oğlanlarının baş hərfi), həmçinin «X» (bu bəzək əşyasını o, evliliyinin 10 illiyinə həsr olunmuş gecədə taxmışdı) hərflərini görmək olardı.

  • Sadə ağ köynəklə cinslər. Şahzadənin üslubunda unudulmaz klassika xüsusilə zərif görünürdü və ona dünyəvi sadəlik bəxş edirdi.

 

  • Rəngli kolqotkalar. Diana cəsur eksperimentlərdən qorxmurdu və tez-tez rəngli klassik futlyar-libaslar və kostyumları rəngli kolqotkalarla qarışdırırdı. Krallıq dresskodu üçün cəsarətli bir qərar idi. Bu ilki kolleksiya üçün isə olduqca aktualdır.

 

  • Çantalar. 1995-ci ildə, o zaman Dior Moda evinə rəhbərlik edən Gianfranco Ferre xüsusilə Diana üçün Lady Dior modelini yaratmışdı. Bu gün Lady Dior - əfsanə çantadır. Həmçinin Diananı tez-tez böyük həcmli Tod's çantası ilə görmək mümkün idi. 1997-ci ildə Lady Di'nin ölümündən sonra Tod's bu çantaya D-bag adını verdi.

  • Ayaqqabı. Diananın boyu - 178 sm idi. Şahzadə yüksək dabanlardan qəti surətdə imtina etmişdi və bununla da dəbə baletka və kitten heels gətirmişdi. Manolo Blahniк və Jimmy Choo yüz cütlərlə kiçik dabanlı səliqəli qayıq şəklində kolleksiyanı ərsəyə gətirmişdilər.