Astrid Lindqren'dən xoşbəxt uşaqlıq

14 noyabr 2017-ci il "Uzuncorab Peppi" "Uşaq və Karlson" "Lenneberqli Emilyanın sərgüzəştləri" əsərlərini dünyaya bəxş edən məşhur uşaq yazıçısı Astrid Lindqrenin anadan olmasından 110 il ötür.

İncə bir psixoloq olaraq İsveçrəli qadın öz kitablarında uşaqların tərbiyəsində onların düşüncələrini və hisslərini nəzərə almağın lazım olduğu ideyasını müdafiə edib. Hər bir balaca insanda o, müstəqil və unikal şəxsiyyət görürdü . Bu da 20-ci əsrin ortaları üçün yeni və qeyri-adi idi. Astrid Lindqrenin nüfuzu sayəsində uşağın hüquqları ideyasına əsaslanan müasir pedaqogika yarandı.

2002-ci ildə, əfsanə yazıçının adına mükafat təsis edilib. Bu illər ərzində uşaqlar və gənclər üçün ədəbiyyat sahəsində nailiyyətlərlə bağlı ən böyük mükafat olub. Bu il bu mükafat üçün müraciət edənlər arasında Azərbaycandan üç nümayəndə birdən var:  illüstrator Arif Hüseynov, yazıçılar Qəşəm İsabəyli və Solmaz Amanova.

Astrid Lindqren mükafatı ilə yalnız uşaq kitablarının inkişafına müstəsna qatqıları üçün yazıçı və rəssamlar təltif olunmur, həm də mütaliə təbliği fəaliyyəti üçün təşkilatlara verilir. Siyahıya 60 ölkədən 235 namizəd daxildir. 2018-ci il laureatının adı 27 martda açıqlanacaq .

2017-ci ildə Mükafatın laureatı Alman yazıçısı və illüstratoru Wolf Erlbruch olmuşdu.