NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Fidan Kim ilə taniş olun

Fidan Kim cəmi 20 yaşındadır. İncəsənət Akademiyasının tələbəsi olan gənc qız öz eksperimental rəsmləri ilə şəhər sakinlərini heyrətləndirməyi bacardı. Son vaxtlar onun işləri köhnə şəhərdəki Art Weekend-lərdə ictimaiyyətin xüsusi diqqətini cəlb etmişdi (bilməyənlər üçün - bu bir növ Bakı Monmartrıdır). Fidan yalnız 4 Bucaqlı Qala divarlarında rəsmlər yaratmır, həm də hər kəsə pozitivlik ötürür - o, inanır ki, hər bir adi insanın yaradıcı potensialı var, ən əsası isə - həyatda bunu sizdə kəşf edən biri ilə qarşılaşmaqdır. 

img_2471

Özümü tanıyandan rəsm çəkirəm. Uşaqlıqdan bəri rəssamlıq atelyelərini gəzirəm, rəssamlarla tanış oluram. Peşəkar olaraq rəsmlə 7 yaşından məşğul oluram, amma əvvəlcədən də bilirdim ki, bu işlə məşğul olacağam!

img_0157

Mən həmişə portretlərlə maraqlanırdım, qarşında oturan insanın canlı rəsmini çəkmək - bu çox emosional bir işdir. Bilirsiniz, onun əhvalını tutmaq. Buna görə, ilk növbədə, gözləri təsvir etməyə çalışıram - emosiyaları daha aydın ifadə etmək üçün.

img_7372

Düzünü desəm, mən heç çəkdiyim rəsmin istiqamətini belə müəyyən edə bilmirəm. Bu həm rəssamlıqdır, həm qrafika, həm də sürrealizmdir. Daha doğrusu, qrafika və rəssamlığı bir vahid olaraq birləşdirməyə çalışıram. Rəsmdə bir növ illüstrasiya yaradıram.

img_0169

Bir vaxtlar keramika ilə məşğul olurdum və bu gün işlərimə vitraj akril boyalar əlavə etməyi sevirəm - buna görə də çox vaxt üst hissəsi olduqca ağır olur.

461882ae-20a4-4911-a7f1-15e9b7fff72d

Günüm çox sadə şəkildə başlayır - gündəlikdə bütün günlük görəcəyim işləri qeyd edirəm. Bir az yoqa və yaxşı musiqi.

img_2472

Mən daim rəsm çəkmək istəyirəm. Deyirlər ki, "sevimli işi ilə yaşayır", amma bu sadəcə mənim həyatımdır. Əlimdən başqa bir işin gəlmədiyini deyə bilmərəm. Mən yaxşı oxuyuram və rəqs edirəm, həm də dəqiq elmlər mənə elə asan gəlirdi ki, hətta bir vaxtlar riyaziyyatçı olmağı düşünürdüm, ancaq qəlbimin dərinliyində qərar vermişdim: mənə yalnız bir şey lazımdır - rəsm çəkmək!

img_7370

Mənim ilk işlərimdən ibarət silsilə "sirlər" adlanırdı. Sərgidə mənim əsərlərim barədə nə danışdıqlarını dinləyirdim, lakin həqiqəti açıqlamırdım. Rəsm çəkmək mənim üçün daha çox gerçəklərdən qaçmaqdır, nəinki obrazı açıqlamaq. Mənim şəkillərdən ibarət kiçik dünyamdır.

img_2470

Məni işdə müxtəlif insanların hekayələri ilhamlandırır, məhz buna görə onları təsvir edərkən gözlərinə baxmaq mənim üçün vacibdir. Və əlbəttə ki, musiqi - mənim köhnə rok xoşuma gəlir - Led Zeppelin, Pink Floyd.

4442abf8-aa81-4a2d-8f3a-5972597f36ee

Əgər məni ilhamlandıran insanlar haqqında danışsaq, bu şübhəsiz, mənim anamdır. O nəinki məni ruhlandırmaq, həm də məni irəli çəkmək üçün göndərilib. O, mənə sevgi verir, mən isə onun enerjisindən güc tapıram.

img_0159

Muzey – budur, mənəvi yüksəlişin, qidalanmanın sonsuz axını, sənətlə ən yaxşı əlaqə. Hər hansı bir muzeyə getdikdə, mən ustalaşmaq üçün mümkün qədər çox rəsm çəkməyə, işlərin surətini çıxarmağa çalışıram. Mənim sevdiklərim - Uffitsi, Getti Qalereyalarıdır və əlbəttə ki, Luvr Muzeyi.

f35ebd8f-fba9-4dbe-9837-f220600f0a77

Sevimli şəhər? Şübhəsiz ki, Bakı. Mən onu kiçik nağılım adlandırıram. Yeri gəlmişkən, onun ünvanına yönələn tənqidləri çox ağrılı qəbul edirəm. Sevimli yer? İçərişəhər! Mənim ilk rəsm müəllimim burada yaşayır, bəzən biz dərslərdən qaçıb və sadəcə bu dar dalanlarda gəzirdik. Düzünü desəm, ürəyimcə olan daha bir şəhər var - bu Romadır. Burada o qədər çox hekayə var ki, mənə elə gəlir, rəssam olmaq üçün bura ideal bir şəhərdir.

img_3334 

Mən rəssamların əhatəsində böyüdüyüm üçün, dəqiq əminəm ki, çirkin əşya yoxdur, hər bir şeydə gözəllik var, amma onu görmək lazımdır. Həmçinin çirkin insanların olmadığı kimi. Hətta pis əməllərdə belə mən bir növ əsaslandırma tapıram - inanıram ki, bir insan pis davranırsa, bu böyük bir bədbəxtlikdəndir. Elə bil, mən bir növ yerli Sailor Moon'am.

img_0181

Ideal gün? Səhər yeməyində isti kruasanlarla Fransada oyanmaq, günorta saatlarından sonra isə Bakıya, öz emalatxanama qayıtmaq. Bütün gün işləyərək mən yalnız yeni sifarişlər alıram. Belə bir uzun günün sonunda mən xoş yorğunluqla evə gəlirəm, anama zəng edirəm, onun yaxşı olduğuna əmin olduqdan sonra sabahkı məhsuldar günün düşüncələri ilə yatıram. Bilirsiniz, əgər belə bir gündə həm də bir rok konsertə getsəm, çox əla olardı!

4f220403-1edc-4f2a-88c5-25c2dfe720f6

Sevmək, yaratmaq və özünüz üçün yaşamaq – budur, mənim şüarım. Mənim qaydalarımdan biri daha - hər gündən, hər bir söhbətdən maksimum zövq almaqdır. İnsanlarla ünsiyyət qurarkən, mən həmişə bu söhbəti bir daha baş verməyəcək kimi təsəvvür edirəm - deyilməmiş söz buraxmıram.

img_0150

Hər kəs həyatında öz yerini tapmalıdır - yalnız özü üçün yaşayıb işləməlidir. Bütün oxuculara bu günü sonuncu gün kimi yaşamağı diləyirəm.

img_0139

Müsahibə: Zeynəb Cahan