Dəbli il

2017-ci il moda sənayesi üçün necə keçdi? Əsas hadisələri araşdırırıq.

  • Moda Evləri daha da insanpərvər, ekoloji və məsuliyyətli olaraq ümumdünya tendensiyalardan geri qalmamağa çalışır. Dəbdəbəli kürkləriylə məşhur Gucci, Ralph Lauren və Michael Kors daxil olmaqla brendlər bir birinin ardınca xəzdən imtina edirlər. Mango emal edilmiş materiallardan kolleksiya yaradır, LVMH ekoloji layihələrin inkişafına böyük vəsait sərf edir.

  • Dizaynerlərin tez-tez dəyişilməsi normaya çevrilib. 2017-ci ildə dizaynerlərin rokirovkası daha tez-tez baş verir, onlar daha az hallarda emosiya və sarsıntıya səbəb olurlar. Christopher Bailey "Burberry" brendini tərk etdi, Bushra Zharrar təyin olunduqdan 16 ay sonra "Lanvin" dən çıxdı, Clare Waight Keller "Chloe"ni buraxıb "Givenchy" brendinin kreativ direktoru oldu. Və bu yer dəyişdirmənin yalnız bir zərrəsidir.

  • 2017-ci ildə moda dünyasının bir neçə əfsanəsi birdən bizi tərk etdi. Azzedine Alaia, Herve Leger, Pierre Berge - onların moda sənayesindəki izləri uzun illər qalacaq.

  • Məşhur kollaborasiyalar həmçinin bu il də sənayenin ayrılmaz bir parçası oldu. Ən yaddaqalanlar - Louis Vuitton x Supreme, Off-White x Nike, Gosha Rubchinskiy x Burberry, Victoria’s Secret x Balmain.

  • Dəbli nəşr KİV-ləri çətin günlər yaşamağa davam edir. Bir çox nəşr evləri digitala üstünlük verərək hətta ən əfsanəvi dərclərin tirajlarını və dövriyyələrini ixtisara salır. Bəziləri isə tamamilə onlayn yayıma keçir: Woman’s Health, Teen Vogue.
  • Moda Həftəsindəki nümayişlər daha da ağır dəyişikliklərə məruz qalıb. Bəzi brendlər Haute Couture-da iştirak etməkdən tamamilə imtina ediblər, digərləri qadın və kişi nümayişlərini birləşdirir, ya da kişi nümayişlərindən tamamilə imtina edirlər, lakin ən böyük addımı Vivienne Westwood atdı - Londondakı Moda Həftəsi çərçivəsindəki şoudan tamamilə imtina edərək, onu mail vasitəsilə rəqəmsal təqdimata dəyişdi.

  • İlin ən yaddaqalan və şok edici vidalaşması əfsanəvi Colette Parisin bağlanması oldu. 20 il əvvəl Colette Rousseau tərəfindən yaradılmış və qızı Sarah Andelmanın rəhbərlik etdiyi dünyada əsas Concept Store moda kollaborasiyası və limitli kolleksiyalar həyata keçirərək dünyaya yüzlərlə yeni adlar tanıtdı. Darıxacayıq!

  • Əlbəttə ki, ilin nümayişi birmənalı şəkildə Donatella Versacenin əfsanəvi qardaşına həsr etdiyi "Versace" nümayişi oldu. 90-cı illərin supermodelləri sanki bütöv bir dövr ilə vidalaşaraq və yeniliklər vəd edərək podiumda çıxış etdilər.