Uşaq onkologiyası ilə mübarizə günü

Bu cümə günü, 17 fevral tarixində "Park Bulvar" ticarət mərkəzində Uşaq onkologiyası ilə mübarizə gününə həsr olunmuş xeyriyyə yarmarkası keçiriləcək. Bu tədbirin məqsədi - leykemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etməkdir. Aksiya “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin və www.umid.az internet forumunun təşəbbüsü ilə həyata keçirilir. Burada maraqlı kitablar və suvenirlər, oyuncaqlar və müəllif zərgərlik əşyaları təqdim olunacaq. Bundan əlavə, yarmarkanın ziyarətçiləri 3 mart tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq "Amansız leykoz və cəsur Şahzadə" tamaşasına biletlər əldə edə biləcəklər. Bu tamaşada ağır xəstəlikdən müalicə olunmuş uşaqlar iştirak edəcəklər.

Gəlin unutmayaq ki, xeyirxahlıq və mərhəmət mənəvi mükəmməlliyə ən qısa yoldur!