NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Old School Rap Party” Black City Cafédə

Qızıl ikimininci illər atmosferinin və bu illərin reper estetikasının əziz pərəstişkarları!

Qarderobdan torba kimi cinslərinizi, iri çəkmələrinizi və krosovkalarınızı tapıb çıxarmağın və gəncliyinizin rəqs meydançasına gəlməyin tam vaxtıdır! Boulеvard Hotel Baku sanki zaman maşını kimi, sizi ən parlaq xatirələrə aparacaq: kulta çevrilən sevdiyiniz mahnılar və ritmlər, obrazlar və şəxslər!

Bu cümə günü, 23 fevralda, axşam saat 9-da Boulеvard Hotel'in daimi rezidentləri Twenty Five qrupu ilə, və Bakının gecə əyləncələrinin kultu hesab edilən vaxtda – tam 10:33-də isə DJ Neymar ilə birlikdə siz XXI əsrin ən yaxşı onilliyinə düşəcəksiniz! 

Tələsin! Black City Cafe-də keçiriləcək "Old School Rap Party"-də yerlər məhduddur! Giriş üçün ödəniş 25 AZN-dir. Qiymətə qarşılama içkisi və yüngül qəlyanaltı daxildir. Qızıl dövrün rep əyləncə gecələrinin ənənəsinə sadiq qalaraq: kişilərə tək giriş qadağandır, xanımlar isə qürurla tək gələ bilərlər.