NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB JAHAN:QƏHRƏMAN RƏSSAM

Bugünkü məqaləmin qəhrəman rəssamı şəxsən Tisian tərəfindən rədd edilmişdi! Rəvayətə görə İntibah dövrünün ən qızğın vaxtında dahi rəssam Tisian Veçellio Jacopo Robustinin qeyri-adi istedadını görərək onu köməkçisi olaraq saxlamaq istəməmişdi. Amma Robusti ilə tanış olmazdan əvvəl mən kiçik Lüksemburq muzeyi barəsində bir neçə söz demək istəyirəm. Əziz oxucum, bu yaxınlarda ANGELINA şirniyyat evindən bəhs etdiyimdə, biz səninlə bu muzeyin yanından keçmişdik.

img_4578

Lüksemburq bağının sağ qolunda yerləşən muzey 1749-cu ildə təsis edilib və Luvr muzeyindən əvvəl kral rəsmləri üçün muzey binası kimi xidmət edib. Bu gün o? parislilərə Latın Məhəlləsində və bütövlükdə Parisdə ən unikal ekspozisiya təqdim edir. Bu baharda muzey daha çox Tintoretto təxəllüsü, ya da ləqəbi ilə tanınan Renessans rəssamı Jacopo Robustinin nadir kolleksiyası ilə ziyarətçiləri sevindirir. 

img_4576
O, 1518-ci ildə Venesiyada ustadlar ailəsində dünyaya gəlib. Deyirlər ki, rəsm çəkməyə ipək boyaqçısı olan atasının rəngləndiricilərini və kömür boyalarını istifadə edərək başlayıb. Məhz ailə mənşəyi və kiçik boyu "Tintoretto" ləqəbinə səbəb olub (tint - İtalyan dilindən tərcümədə boya deməkdir). Bundan bir müddət keçdikdən sonra ona müxtəlif emalatxanalarda rəsm çəkməyi öyrədirlər və 20 yaşına çatmamış Jacopo artıq müstəqil sənətkar idi, özü də fərdi studiyaya sahib olan sənətkar. 

img_4581

Bu sərgi Tintorettonun  - qətiyyəti, uğura can atması, çoxsaylı yaxşı rəssamlar arasında rəqabətin coşduğu doğma şəhərində məşhur olmaq arzusu ilə yadda qalan ilk fəaliyyət illərini qeyd edir. Bu əsərlərdə rəssamlar və ziyalıların  - bütün İtaliyadan və hətta bütün Avropadan (Yunan Madonna rəssamlarından Xorvat bənnalarına qədər) axın etdiyi kosmopolit Venesiyaya yüksəlişindən bəhs olunur. 

img_4586_1

Grand Palais Milli Muzeyləri, Vallafra-Richard Fondu və Korbud Fondu tərəfindən təşkil edilən sərgi ilk dəfə 2017-ci ilin oktyabr ayında Kölndə təqdim edilmişdi. Parisdə bu sərgi 1 iyula qədər davam edəcək. Qaçırmayın!

Zeynəb Cahan