ZEYNƏB JAHAN: VASİLYEV PEŞƏSİNİ DƏYİŞİR

Necə deyərlər "Fashion is not my profession", amma özünü aparıcı moda tarixçisi ilə söhbət etmək zövqündən məhrum etmək – çətindir. Aleksandr Vasiliev yaxın günlərdə Heydər Əliyev Mərkəzində açılan "Moda məkanı" adlı yeni sərgini təqdim etmək üçün Bakıya gəlib. Oxucumuz bu sərgini ilin sonuna qədər ziyarət edə bilər. Hələlik isə sərgi və onun yaradıcısı haqqında bir neçə söz:

 

Vasiliev səs salmış "Modanın hökmü" ("Модный Приговор") proqramınının aparıcısıdır, o sadəcə moda tarixçisi deyil, həm dekorator, həm teatr rəssamı, həm də sənətşünasdır. "Moda və incəsənət həmişə bir-biri ilə yaxından bağlı olub. Moda - həyatın işıltısı, tarixin güzgüsü, liderlik edən tərzin əksidir. Məsələn, XXI əsr olduqca dağıdıcıdır, onun məhv etmə kultu güclü şəkildə üstünlük təşkil edir. Ailə institutunun dağılması və ya tamamən olmaması, insan davranışının azadlıq formalarının təbliğ olunmasıdır - moda hər dövrdə təbii olaraq öz zəmanəsinin incəsənətini əks etdirib və mənim yeni sərgimə baxdıqda siz bunu anlaya bilərsiniz".

"Sərginin hazırlanma prosesində mən azərbaycanlı qızların tərzini görmək üçün praktiki olaraq şəhəri gəzə bilmədim. Möhtəşəm Heydər Əliyevin mərkəzində günün əksər hissəsində ciddi kostyum geyinən kişiləri görürəm. Buna baxmayaraq, Bakıda qızların həm də dağılmış üslubu sevdiklərini görməyə macal tapmışam. Gördüklərim olduqca təsir bağışlayan idilər".

 

"Cırıq cinsləri xoş görmürəm - bunu bəyənə bilmərəm. Hesab edirəm ki, mədəniyyətin bu mərhələsindən keçərək günümüzdə insanları cırıq kolqotka, tapdalanmış daban geyinmələrinə, yağlı saç effektindən, uzun zaman ağlamış və duşdan sonra düzəltməyə macal tapmamış effektli yayılmış makiyajdan istifadə etmələrinə məcbur edə bilmərik. Mən qətiyyən bu estetikanı dəstəkləmirəm, amma təəssüf ki, bu çoxlarının xoşuna gəlir "

 

Aleksandr Aleksandroviçlə söhbət etmək asan və sadədir, bütün suallara onun gözəl, qeyri-adi cavabı var. Qadının özünə güvənməsi üçün hansı element lazımdır? "Sadəcə bir element - yanında kişi olmalıdır. Qarderob kömək etməyəcək. Yves Saint Laurent demişkən: qadına yalnız təkcə bir şalvar yaraşır, o da yanında gedən"

“Qarderobun lazımlı elementi? Alt paltarı! Bax onsuz hec cürə mümkün deyil!"

"Parfümü qadın yalnız özünü hansı mövqedə göstərməyindən və insanlara necə təsir göstərmək istəyindən asılı olaraq seçməlidir. Bir neçə qadın obrazı var - məşum qadın, vamp qadın, biznes ledi, pin-up tərzli qadın, idmançı qadın, şərq qadını. Səhərə qədər sadalamaq olar."

 

Moda tarixçisi Bakını qeyri-adi gözəl görür və bu şəhərin sakinlərini bəxtəvər olduqlarını hesab edir - axı onları Xəzər dənizi əhatə etir. “Gözəlliyinə və intellektinə görə Romanı seçirəm, həyat tərzinə görə demək çətindir, hər şəhərdə komfort tapmağa çalışıram. Rusiyada yaşamaq üçün ən yaxşı şəhər Peterburqdur. Vilnüs də mənim üçün çox uyğun şəhərdir, mən orada tez-tez oluram - bu şəhər məni öz miniatürlüyü və bütün ekologiyası ilə cəlb edir”.

 

"Ən ideal gün, hava limanına getmədiyim gündür. Belə bir gün ildə ən çoxu 5 dəfə olur. Hər gün harasa uçuram. Heç yerə getmədiyim gün - bir xəyaldır! Düşünürəm ki, yaşlı vaxtımda buna nail olacam. Hələlik isə bəhər vaxtıdır və fərqli ölkələrdə fərqli insanlar tərəfindən tələb olunduğum üçün xoşbəxtəm".

Zeynəb Jahan