NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

UŞAĞI NECƏ BÖYÜDƏK, HƏM DƏ ÖZÜMÜZ BÖYÜMƏYƏK

Əziz oxucular!

Jurnalımızın bu sayını təbiətin bizə bəxş etdiyi ən doğma canlıya həsr edirik. Biz sizə uşaqlar haqqında, onların unikal qabiliyyətləri haqqında danışacağıq. Sadəcə bu deyil: söhbət həm də bizdən, böyüklərdən gedəcək. Axı bizim hamımız üçün ruhumuzdakı uşağı qorumaq çox vacibdir: özümüzü darıxdırıcı çərçivəyə salmamaq və "böyüklərin" dünyasının qaydalarına əməl etməmək, dolğun həyat yaşamağa davam etmək!

unnamed_9

Balalarımızın xoşbəxt böyüməsini istəyiriksə, onlara necə münasibət göstərmək barədə bəzi məsləhətlərimi bölüşəcəm:

  • Öz qərarınızı və düşüncənizi uşağa qəbul etdirmək üçün heç vaxt onda günahkarlıq hissi oyadaraq onu manipulyasiya etməyə çalışmayın.
  • Uşağınızın bütün hallarda tərəfini tutun, xüsusilə də! – özgələrinin yanında, hətta onun davranışından şikayət etdiklərində belə. Sevginizin və dəstəyinizin şərtsiz olduğunu uşağınıza göstərməkdən çəkinməyin.
  • İmkanınız varsa hər gecə yatmadan əvvəl uşağınızı qucaqlayın və öpün.
  • Uşağınıza seçim hüququ verin. Bununla o, erkən yaşdan məsuliyyət almağa vərdiş edəcək.
  • Yaxşı əməllərini mükafatlandırın, pisləri isə sadəcə görməzdən gəlin.
  • Uşağınızın hər hansı bir davranışı, hətta ən dəhşətlisi belə - sizə hər hansısa bir mesajın çatdırılma üsuludur. Mühakimə etməyin, sadəcə səbəbini anlamaya çalışın.
  • Nə dediyinizdən və nə etdiyinizdən asılı olmayaraq uşağınız mütləq sizi kopyalayacaq. Buna görə də, onun tərbiyəsinə özünüzdən başlayın!

unnamed_8

Bu məsləhətlər kiminsə xoşuna gəlmirsə, onları şirinləşdirmək üçün dadlı fəsəli resepti varımdır:

3 yumurta, bir çay qaşığı şəkər tozu, 2 xörək qaşığı əridilmiş yağ (duru), 1 stəkan un, 2 stəkan ilıq süd, ¼ çay qaşığı duz. Duru komponentləri ayrıca qarışdırırıq, sonra digərlərini əlavə edirik və mikserlə yaxşıca çırpırıq. Yağı sonda əlavə edirik. Əvvəlcədən isidilmiş tavaya yağ sürürük və fəsəliləri bişiririk. Əgər birinci və ya ikinci, hətta üçüncü fəsəli yumaq kimi olsa kefinizi pozmayın.

Ülviyyə Mahmudova, baş redaktor

 

Uşaqları əzizləmək lazımdır,

o zaman onlardan əsl quldur böyüyəcək!

Evgeniy Şvarts "Qar kraliçası" (Atamanşanın sözləri)

MAKİYAJ VƏ SAÇ DÜZÜMÜ ELNUR HƏSƏNOV

Kelly mətbəxi, SNAIDERO (Idea salonu)