BİOLOJİ LABORATORİYALARDAN QADIN ÇANTALARI!

Əgər Siz hal-hazırda bioloji elm sənayesində baş verən hər bir şeydən xəbərdarsınızsa, o zaman yəqin ki, laboratoriyalarda yetişdirilən orqanlar, bədən hissələri və s. haqqında eşitmisiniz.

fakemeat_975x458_21284

Bu gün haqqında danışacağımız ABŞ-da yenicə təsis edilən şirkət Floreal üçün makiyaj məhsullarını test etmək məqsədi ilə dəri yaradıb. Heyvanları və istehlakçı hüquqlarını qoruyan təşkilatların tənqidləri artdıqdan sonra, moda və kosmetik brendləri heyvanlar üzərində test aparmağı, xəz və dəri məmulatlarını satmağı dayandırdı. Amma belə bir fundamental sual yaranır: "Eksklüziv qadın çantalarının gələcəkdə çox milyardlı sektoru üçün alternativ olaraq nə xidmət edəcək?".

Beləliklə, Modern Meadow adlı gözəl şirkət bu yaxınlarda moda sənayesində böyük dəyişikliklər edə biləcək bir yenilik təqdim etdi. Onlar öz bioloji laboratoriyalarında əsasən kollagendən ibarət olan bir dəri hazırlayıblar. Zamanla şirkət öz yanaşmasını təkmilləşdirdi və hazırda kollagenin birbaşa istehsalı üçün fermentasiya prosesini istifadə edir. Əslində, alimlər şəkərlə bəsləndiyi zaman kollagen ifraz edən mayanın bioloji ştammını yaradıblar. Sonra bioloji cəhətdən demək olar ki, heyvan dərisindən seçilməyən material yaratmaq məqsədilə təmizlənir və aşılanmaya qoyulur.

903599423359e43d052ah_750xx1600-900-0-83

Modern Meadow şirkətinin həmtəsisçisi və prezidenti Andreas Forqaks xatırlayır: "Mənə böyük dəri alıcıları zəng edirdilər, onlar çatdırılma kanalı, natamam material, tullantılar, dəyişkənlik və qiymətlərlə bağlı yaranan bütün problemlər haqqında məlumat verirdilər.

BNP Exane Paribas şirkətinin lüks mallar şöbəsinin rəhbəri Luka Solka qeyd etdi ki, "bütün lüks brendlərdə əsas problem innovasiyadır".

Modern Meadow şirkəti kollageni maye şəklində hazırladığı üçün, alınan dəri geniş diapazonda istifadə edilə bilər. Nutley ofisində dizayn studiyasının divarında pulverizator vasitəsilə boyanan parça nümunələri var. Andreas Forqaks bunu belə izah etdi: "Tennis köynəyi göstərir ki, tikmək əvəzinə biz maye dəridən istifadə edə bilərik. Burada vəziyyət insanları "dəri ilə belə şeylərin ediləcəyini, ya da dərinin belə olacağını, ya da belə bir təəssürat yarada biləcəyini, ya da məsələləri bu şəkildə həll etmək mümkün olacağını bilməzdim" düşüncəsinə itələyən duyğularla bir oyuna bənzəyir.

zoa-biofabricated-leather-t-shirt

Şirkətin, əsl moda tərəfdaşlarının adlarını gizlətməsinə baxmayaraq, heç olmasa bir nəfər əsas moda oyunçusunun maraqlı layihələrinin araşdırılması və inkişafı üçün əhəmiyyətli bir məbləğ ayırdığını bildirir. “Bizim satıcı olduğumuz, onların isə sadəcə material satın aldıqları heç də, düzgün fikir deyil. Biz - innovasiya tərəfdaşlarıyıq. Bizim birgə inkişaf razılaşmamız var və onlar da əslində inkişaf üçün maliyyə təmin edirlər”.

birkin

Beləliklə, bir müddət sonra sevimli dəri qadın çantalarımız müəssisələr əvəzinə laboratoriyalardan gəlməyə başlayacaq, mükafat olaraq isə ətraf mühiti təmiz, təbiəti isə heyvanlarla dolu saxlayacağıq.

Günel Həsənova