ELİT TENNİS AYAQQABILARINA POPULYARLIĞIN ARTMASI

Bir vaxtlar kimsə deyəndə ki, bir cüt lüks ayaqqabı alacaq, biz dərhal Zoluşkanın yüksək dabanparlayan məxmər tuflilərini təsəvvür edirdik. Yəqin ki, bu fikir elit tennis ayaqqabılarının artan populyarlığı səbəbi ilə olduqca köhnəlmiş görünəcək.

Əgər biz son 5 ildə aparıcı moda evləri tərəfindən edilən dəyişiklikləri təhlil etsək, demək olar ki, onların hamısının ümumi bənzər tendensiyasının - müasir və innovativ istiqamətlərinin olduğunu görəcəyik. Bunun nəticəsində modanın yaradıcı birliklərində yeni simaların üzə çıxdığını gördük, onlar köhnə və uğurlu elit brendlər üçün yeni bir nəfəs oldular. Bunların yalnız bir qismini sadalayaq: Louis Vuitton brendində Virgil Abloh və Kim Jone'sin, Balenciaga brendində Demna Gvasalia'nın, Givenchy brendində Riccardo Tisci'nin tədricən yüksəlmələrinin şahidi olduq.

louis-vuitton-sneakers

Beləliklə, "iki mininci illər" nəslinin uzun müddət tələbatı olan və müasir həyat tərzinin dinamik tempini təmin edən məhsulun - elit tennis ayaqqabılarının təkmilləşdirilməsi üçün bir boşluq yarandı. Məşhur brend adı altında qəşəng, rahat və tərz kimi xüsusiyyətləri özündə birləşdirən №1 məhsul. Satış və gəlir rəqəmləri inanılmazdır: Regionlararası satınalma üzrə direktor Elizabeth von Der Goltz qeyd edib ki, hal-hazırda Net-a-Porter online-mağazasında müəllif tennis ayaqqabıları 2017-ci ilin dörddə birində həyata keçən ümumi satışlarının üçdə birini təşkil edir. Elit tennis ayaqqabılarının satışı keçən il ilə müqayisədə 2018-ci ilin bahar/yay ərzində 50% artıb. Saytın ayaqqabı və qadın çantaları üzrə meneceri Kassi Smart bildirib ki, MatchesFashion.com saytında ümumi satışların 44% artması ilə müqayisədə 2017 və 2018 illəri arasında elit tennis ayaqqabılarının satışı iki dəfə artıb.

Gucci, Dior və Balenciaga'dan Prada və Louis Vuitton'a qədər, brendlər tennis ayaqqabıları ideyasını yeni elit istehlakçılar nəslinə gedən yol kimi ruhlandırırlar. Onlar müəyyənləşdirilmiş qiymətlərin dəyişdirilməsi və hətta istehsalın İtaliyadan Çinə köçürülməsi vasitəsi ilə təklifdən asılı olaraq tennis ayaqqabılarının sayını artırırlar.

0

Hətta ən fərqlənən brendlər, məsələn erotik qadın baxışları ilə tanınan Versace brendi bazar şəbəkəsinin populyar tətbiqi, nadir tennis ayaqqabılarının satışında ixtisaslaşan Goat ilə əməkdaşlıq edərək tennis ayaqqabılarının tamamilə yeni bir dizaynını təqdim etdi. OnlarChain Reactiontennis ayaqqabılarını geniş sahədə yaydılar və nəticə inanılmaz idi. Qiymət etiketində 920 $ rəqəminin olmasına baxmayaraq, 24 saat ərzində satış o qədər yüksək idi ki, bundan əvvəl tərəflərin heç birində bu müşahidə edilməmişdi.

Nike və Adidas onilliklər ərzində tennis ayaqqabıları sahəsinə üstünlük veriblər, lakin onların aşağı diapazonu elit brendlər üçün boşluq yaratdı. Elit istehlak əşyaları ilə yanaşı, vaxt, tarix və ustalıq hisslərinin olmaması konsepsiyası gəlir. Karl Lagerfeld Chanel üçün ilk tennis ayaqqabısını hazırladığı vaxtı xatırlayıram - rəng kombinasiyası və mükəmməl rahatlıq təmin edən əla amortizasiyasına heyran olmuşdum, amma sonra ayaqqabının altında iki C gördüm və daha da valeh oldum. Mən dərhal 2 cüt sifariş etdim və onları həm işə, həm də parkda qaçış zamanı geyinirəm.

734f009fe12f293ec7b0967c50115c88-450x450

Balenciaga brendində ayaqqabı dizaynı direktoru və Clergerie brendində kreativ direktor David Turnier Bochiel qeyd edib ki: "Tennis ayaqqabıları yeni bir məhsul deyil, sadəcə müştəri yenidir. Onlar rahatlıq, rəng, texnologiya axtarışındadırlar və istəyirlər ki, ayaqqabılar eyni zamanda həm şık, həm də dəbdəbəli olsun. Mənim üçün bu haradasa Manolo Blahnik ilə Nike brendlərinin birləşməsidir".

Günel Həsənova