NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

NYU-YORKDA RALPH LAUREN-İN YUBİLEY NÜMAYİŞİ

Dünən Nyu-Yorkda Moda Həftəsindən ayrıca Ralph Laurenin yubiley nümayişi keçirildi. Birinci hissədə dizayner onu məşhur edən şəxsi kolleksiyanı təqdim etdi. Burada həm kovboy üslubu və dəri saçaqları, həm iri toxuma, həm həcmli pançoları və yerə axan paltarları, həm də quramalar yer almışdı.

Yalnız Gigi Hadid-in libası 132 parçadan hazırlanıb!

Bu kolleksiya Ralph Laurenin əsas mövzularını və ideyalarını açıq şəkildə təsvir etmişdir. Brendin bütün 50 illik tarixi Amerika stilinin tarixi ilə sıx əlaqədədir.

Sonra isə  Ralph Lauren SS19 yeni Polo kolleksiyası təqdim olundu. Podiumda rustik üslubdan heç bir iz yox idi - yalnız parlaq rənglər, idman modelləri və hədsiz loqomaniya.

Hamı orada idi: kult modellər, müasir ulduzlar, həmçinin uşaqlar və hətta itlər! Təbii ki, hər kəs Ralph Lauren-in libaslarında.