NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

AMY WINEHOUSE: 13 SİTATI

O, 22 iyul 2011-ci ildə evində spirtli zəhərlənmədən öldü. Hələ sağlığında Amy dəfələrlə təkrarlayırdı ki, yaşlanmazdan əvvəl öləcək. Təəssüf ki, istedadlı müğənninin sözləri düz çıxdı - Amy, 27 yaşında dünyasını dəyişən kult musiqiçilərin (Jim Morrison, Kurt Cobain və başqaları) aid olduğu "Klub 27"-yə daxil oldu. Bu gün Amy Winehousenin 34 yaşı olacaqdı!

amy_winehouse_2_wenn3446566

Mən sadəcə musiqiçiyəm və dürüst olmağa çalışıram. 

Aynaya baxdığımda özümə etiraf edə bilmədiklərimi mahnılarımda etiraf edirəm.

İstəyirəm ki, insanlar səsimi eşidəndə beş dəqiqəlik problemlərini unutsunlar.

Nəhayətində, mən sadəcə sevilmək istəyən balaca bir qızam. 

amy-winehouse

Əgər mən özümə kömək edə bilməsəm, heç kim bunu edə bilməz. 

Həqiqətdən başqa bir şey söyləməyin heç bir mənası yoxdur.

Heç vaxt sənə güvənən birinə yalan danışma. Sənə yalan danışanlara heç vaxt güvənmə.

Əsas odur ki, ləyaqətlə gedəsən, ümidsizlikdən deyil.

amy

Deməzdim ki, feministəm, amma asan olduğu üçün axmaq kimi davranan qızları sevmirəm.

Mən onu dəlicəsinə sevirdim, heç kimsənin sevmədiyi kimi. Axı bu kifayət deyil?

gettyimages-81755282-1452798039

Ətrafda həddindən çox pis insanlar var və bütün bunlar onların dostlarının olmadığı üçündür. İnsanlarla ünsiyyət - ana, nənə, it ilə - həyatda səninlə başına gələn ən yaxşı şeydir. Əlbəttə, ayaqqabı və çantaları çıxmaqla.

Mən taleyə inanıram və baş verən hər bir şeyin boş yerə deyil, hansısa bir səbəbə görə olduğuna inanıram. Yəni bunun üçün hansısa ali güclərin olması vacib deyil.

Mən yalnız başıma gələnlər barəsində yazıram. Keçmişdə buraxa bilmədiyim şeylər haqqında. Şükürlər olsun ki, öz-özümü məhv etməyə meylliyəm, buna görə mahnılar üçün mövzularım həmişə var.

 

 maxresdefault