NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

27-28 oktyabr

İçərişəhərdə “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açılıb. Ekspozisiyada - döyüşlərdən sonra qənimət kimi aparılan sonuncu Şirvan hökmdarının olduqca gözəl dəbilqələri, Şirvanşah Keyqubadın zirehli köynəkləri və Pir Hüseyn xanəgahına məxsus kaşı sərgilənir.    

Harada: Şirvanşahlar Saray Kompleksi

Nə vaxt: 23 yanvar 2019-cu ilə qədər, saat 9:00 – 20:00

 

Baş rolda Mikayıl Rəfiyevin iştirakı ilə Bəstəkar Rizvan Sadıqxanovun "Səyyah Sindibad" rok operasına baxırıq.

Harada: Heydər Əliyev Sarayı

Nə vaxt: 27 oktyabr, saat 19:00

 

Hollandiyanın Ruben Hein Trio qrupunun ifasında keyfiyyətli caz musiqisindən zövq alırıq.

Harada: Rotunda Jazz Club

Nə vaxt: 27 oktyabr, saat 20:00

 

Şənbə günü Bakıda Təl-Əvivdən gələn DJ və musiqi prodüsseri GUY MANTZUR çıxış edəcək. O, artıq Tomorrowland festivalında çıxış etmişdi, indi isə Bakılı dinləyicilərini öz musiqisi ilə sevindirməyə hazırdır!

Harada: Sektoreight

Nə vaxt: 27 oktyabr, saat 23:59

 

Cənubi Qafqazın ilk beynəlxalq kreativ sənədli film festivalı "CinéDoc" rejissor Gustavo Salmeronanın "Çoxlu uşaq, meymun və qala" filmi ilə Sumqayıtda gəlir.

Harada: Sumqayıt, Cafe Corner

Nə vaxt: 27 oktyabr, saat 18:00

 

"Kilimçi" uşaqları "Palaz toxuyuruq" adlı ustad dərsinə dəvər edir. Burada uşaqlar xalçaçılıq və qobelen tarixi, ornamentlərin sirləri və xalça məmulatları istehsalı qaydaları ilə tanış olacaqlar.

Harada:  Kilimçi

Nə vaxt: 28 oktyabr, saat 16:00 – 17:30

 

Baku Jazz Fest 2018 festivalı çərçivəsində Gregoire Maret Group Feat. Christie Dashiell'in konserti keçiriləcək. İsveçrəli Gregoire Maret qarmonikada caz ifası ilə tanınır.

Harada: Mugham Center

Nə vaxt: 28 oktyabr

 

DJ TARKAN, DJ Bora Borzicky, Elnur Hüseynov və DiHaj tamaşaçılarla inanılmaz musiqi gecəsini paylaşacaqlar. Ən əsası isə – bu axşam Elnur Hüseynov yeni #DREAMER klipini təqdim edəcək.

Harada: The Green

Nə vaxt: 28 oktyabr, saat 21:00

 

"Xaricdə Təhsil" sərgisi  - Istituto Marangoni-nin, Leeds Universitetinin, Cambridge vizual incəsənət məktəbinin, Aberdin Universitetinin və dünyanın digər böyük universitetlərinin nümayəndələrinə sual vermək üçün böyük imkandır.

Harada: JW Marriott Absheron Baku

Nə vaxt: 28 oktyabr, saat 12:00 – 18:00