NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

CHARITY CELEBRATION CONCERT

15 dekabr 2018-ci ildə Nargis jurnalı və fondu, Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçiriləcək.

invitation-music_hall2

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsert proqramında dünya şöhrətli macar pianoçu Endre Hegedyuş və skripkaçı Feliks Layko iştirak edəcəklər.

Tədbir gecənin qonaqlarının müxtəlif macarıstan məhsullarını (şokolad, salyami və s.) əldə edərək xeyriyyəçiliyə töhvə vermiş olacaqları kiçik yarmarka ilə başlayır.

Endre Hegedyuş – virtuoz pianoçu, beynəlxalq müsabiqələrin mükafatçısı, Ferens Listin musiqi irsinin tanınmış interpretatorudur. O, 27 albom yazdırıb, Macarıstan televiziya kanalları 18 saatdan çox davam edən konsertləri əsasında 12 sənədli film çəkiblər. Otuz ildən artıq musiqi karyerası ərzində Endre Hegedyuş dünyanın yarısını gəzərək 2600-dən çox konsert verib.

Feliks Layko – skripkaçı və bəstəkar, sitra musiqi aləti ifaçısıdır. O, Kann Film Festivalı çərçivəsində "Qızıl Palma budağı" mükafatına layiq görülmüş Macarıstan bəstəkarı Kornel Mundrutsonun "Delta" adlı filmində baş rola çəkilib, əfsanəvi "Buto" rəqqası Mina Tanakinin çıxışını müşayiət edib, məşhur Serbiya truba ifaçısı Boban Markoviç və skripkaçı Aleksandr Balanesko ilə çıxış edib. Feliks Layko bir sıra teatr tamaşalarına musiqi yazıb, 1998-ci il "Sarayevo qışı" mədəniyyət festivalı marşının müəllifidir

Tədbirlərin əsas məqsədi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi üçün vəsait toplamaqdır. Bu vəsaiti əsasən gözdən əlil və zəif görən uşaqların oxu və yazı bacarıqlarını mənimsəməsi üçün zəruri olan Brayl çap maşınını almağa xərcləməyi planlaşdırılır.

Tamaşaçı qismində 5 saylı internat məktəbinin şagirdləri və müəllim heyyəti, eləcə də görmə qabiliyyəti olmayan və zəif görən müəllimlərdən ibarət 38 saylı musiqi məktəbinin müəllim heyəti dəvət olunacaqdır.

giraffe_1

Konsertə biletləri Iticket kassalarından və saytından əldə etmək mümkündür.