NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

«CIRTDAN NAĞILLAR ALƏMİNDƏ» Yeni il ailəvi meqa-şousu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Bakı Konqres Mərkəzində bənzərsiz, rəngarəng və unudulmaz “Cırtdan nağıllar aləmində” Yeni il ailəvi meqa-şousu keçiriləcək! 300 -ə yaxın xüsusi hazırlanmış əlvan kostyum, 120-ə yaxın üfürülmüş oyuncaqlar və Azərbaycanda ilk dəfə səhnədə cərəyan edənlərdən əlavə 40 nəfərədək artist zalda uşaqlarla interaktiv ünsiyyət. Ümumi olaraq tamaşanın quruluşunda 80 rəqqas, aktyor və kəlləçarxçılar iştirak edir. Bu şoudan tək uşaqlar deyil, böyüklər də əsl zövq alacaq.

 c1

Sevdiyimiz nağılların qəhrəmanları, qara qüvvələrə öz xeyirxahlığı ilə qalib gələn Cırtdan və dostları sizə unudulmaz əlvan təəssürat bəxş edəcək! Göydən düşən ulduzlar, göy səmaya pərvaz edən əlvan pərilər Cırtdanla birgə tamaşaçıları sehrli səyahətə aparacaq!

Tamaşaçılar bu şouya seyr etməklə yanaşı özləri bu möhtəşəm şounun iştirakçısı olacaqlar! Qəhrəmanlara qarşılaşdığı çətinliklərdə kömək edəcək, onlarla birgə sehrli sərgüzəştlərin şahidi olub, Cırtdana dəstək verəcəklər!

 

Maraqlı olmağı ilə yanaşı şou xeyriyyə məqsədi daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə biletlərin satışından əldə olunan bütün vəsait Talassemiya mərkəzinə köçürüləcək.