Öz bağını özü bağlayan ayaqqabı!

şər tarixində düşündüyünüzdən daha köhnə bir ixtira var. Bu ixtira pul sikkələrindən, kağızdan və əlifbadan daha yaşlıdır. Onun yaranmasını eramızdan əvvəl 3500-ci illərə - hələ Stounhenc tikilisinin, piramidaların olmadığı dövrlərə aid edirlər.

Bu hansı ixtiradır? Ayaqqabı bağları. İndi, 2019-cu ildə bu bağlar Nike brendinin ağıllı məhsulu olan Nike Adapt idman ayaqqabısının əsas elementi olub. Nike özü öz bağını tənzimləyən idman ayaqqabısı icad edib. Bu qeyri-adi idman ayaqqabılarını ilk sınaqdan keçirən idmançı amerika basketbolçusu Ceyson Teytum oldu. Və onun ilk təəssüratları belədir: "Mənim üçün bu ayaqqabıları geyinən ilk idmançılardan biri və gələcək Nike Basketball-un nümayəndəsi olmaq çox şey ifadə edir. Proqram ayaqqabıları işə salmağa, işıqlandırmanın rənglərini dəyişməyə, akkumulyatorun enerjisinin səviyyəsini görməyə imkan verir - bu əladır!

«İdmançıların ayaqqabılarına olan tələblərinə görə Nike Adapt üçün ilk idman növü olaraq basketbolu seçdik - Nike VP brendinin yenilik üzrə kreativ direktoru Erik Avar bildirir. – Basketbol oyunu zamanı oyunçunun ayağı dəyişir və ölçüsünü tez dəyişdirmək imkanı, qan dövranını yaxşılaşdırmaq üçün pəncəsini genişlətmək, sonra isə onları geri sıxmaq ayaqqabıları daha rahat edəcək.»

Ayaqqabı belə işləyir: Nike Adapt BB oyunçusu bu ayaqqabını geyindiyində pəncəsinə hansırginliyin lazım olduğunu hiss edir və rahat olması üçün daxili bağları dartır. Möhkəmlik gücü - təxminən 32 funt (təxminən paraşüt stropları ilə eynidir); hərəkət zamanı ayaqları qorumaq üçün lazımdır. Burada "beyinsiz" - FitAdapt texnologiyasız keçinmək mümkün deyil.

Manual və ya smartfonda Nike Adapt proqramı vasitəsilə oyunçular oyunun gedişatına görə müxtəlif parametrləri təyin edə bilərlər. Məsələn, taym-aut zamanı oyunçu ayaqqabının pəncəsini zəiflədə, meydançaya çıxışından əvvəl isə bağları təkrar daralda bilər. Yaxın gələcəkdə ayaqqabıların lazımı sıxlığını həm də isinmə hərəkətləri üçün təyin etmək mümkün olacaq. Əlavə olaraq oyunçular FitAdapt proqramının dəqiqliklə və perspektivdə olan yeni rəqəmsal xidmətlərlə bütün yenilənməsini praktikada test edə biləcəklər.

Nike brendinin veb saytında deyilir ki, növbəti addımda FitAdapt texnologiyası digər idman növlərində və digər lifestyle-məhsullara tətbiq olunacaqmüxtəlif hallarda tələblər fərqlidir. Lifestyle-məhsullar dedikdə, bizim, yəni evdən uzaqda işləyən və ayaqlarının fərqli yüklərə məruz qaldığı sadə insanların istifadə edə biləcəyi məhsullar nəzərdə tutulur. Eleqant ayaqqabılar ancaq bizim xeyrimizədir. Ayaqqabılarımızın ayaqlarımızın rahatlıq səviyyəsini qoruduğunu bilmək əsl hi-tech-dir!

Gunel Hasanova