NARGIS
Ru En
NARGIS MAGAZINE
TƏDBİRLƏR

20 - 26 Mart

Tətillər uşaqları teatra alışdırmaq üçün əla fürsətdir!

Harada: Rus Dram teatrı

Nə zaman: 20 mart, 12:00; 24 mart, 13:30
 

Şəhərimizdə Qafqazda və onun hüdudlarından kənarda ənənə, dəb və zərifliyi birləşdirən "Qadının sədası" sərgisi keçirilir. 

Harada: Kiçik QalArt

Nə zaman: 21.12.2018 – 21.06.2019

 

Bu bayramlarda əyləncəli tarixi kvestlər keçiriləcək. Uşaqlar xalçaçılıq sənətinin ən qədim nümunələri ilə tanış olacaqlar, xalçaların naxışlarının və ornamentlərinin şifrəsini açacaqlar, Orta əsrlərdə xalçaların hansı məqsədlə istifadə olunduğunu və hətta sapları düzgün toxumağı öyrənəcəklər!

 

Harada: Azərbaycan xalçaçılıq muzeyi

Nə zaman: 22 mart

 

Müxtəlif oyunlar, ənənələr haqqında hekayələr, musiqi və rəqs şousu, Kosa və Keçəl sevimli Novruz bayramı atmosferini yaşadacaq.

Harada: Heydər Əliyev adına saray

Nə zaman: 22 mart

 

 Çipollinonun sərgüzəştləri uşaqları darıxmağa qoymayacaq!

Harada: Gənc tamaşaçılar teatrı

Nə zaman: 23.03.2019 12:00

 

Bu bazar müasir incəsənətin ən əhəmiyyətli fiqurlarından biri olan Edvard Munk və onun yaradıcılıq yolundan bəhs edən «Munk-150» film-sərgisindən zövq alacağıq.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 24.03.2019 13:00

 

Əgər Siz həmişə rejissor olmaq arzusunda olmusunuzsa, o zaman Ucal Əzizzadənin "Ssenari yazılışının strukturu";mövzusu üzrə kino-mühazirəsi olacaq. Yerlər məhduddur. Öncədən qeydiyyatdan keçməyi unutmayın!

 

Harada: Tik-Talk

Nə zaman: 24 mart, 15:00

 

İsrail müğənnisi Şimon Siboninin «Flamenko» adlı konserti qonaqlara coşqun əhval bağışlayacaq.

Harada: Rus dram teatrı

Nə zaman: 26.03.2019 20:00