NARGIS
Ru En
NARGIS MAGAZINE
TƏDBİRLƏR

AÇIQ SƏMA ALTINDA KİNOTEATR: NARGİS FUND VƏ SAMSUNG ŞİRKƏTİNİN BİRGƏ LAYİHƏSİ

“Nargis” fondu ilə birgə öz əlli illik yubileyi ərəfəsində Samsung Azerbaijan şirkəti “Technological Embrace” adlı yeni layihəyə start verir. Layihə çərçivəsində Quba, Biləsuvar və Tovuz rayonlarının 3 məktəbində xüsusi təhsil otaqlar Samsung şirkətinin qabaqcıl texnoloji məhsulları ilə təchiz olunaraq, şagirdlərin həm təhsil prossesini yüngülləşdirəcək, həm də onların rəqəmsal texnologiya ilə tanışlığına səbəb olacaq. Həmçinin, layihə çərçivəsində Azərbaycanın bölgələrinə üz tutan “səyyar kinoteatr” turunu planlayır ki, bu turda uşaqların çox sevdiyi cizgi filmi nümayiş etdiriləcəkdir. Uşaqların maraqlı, xoş vaxt keçirmələri və müsbət enerji almaları üçün kino seanslar açıq hava şəraitində baş tutacaq. Belə ki, sözügedən bu layihənin əsas məqsədi uşaqların son tətil günlərini məmnuniyyətlə keçirmələri və yeni güclə məktəbə üz tutmalarıdır. Hörmətli valideynlər, sizi bu unikal fürsətdən istifadə etməyə və uşaqlarınıza sevinc dolu anlar yaşatmağa dəvət edirik. Qeyd edək ki, seanslar tamamilə pulsuzdur və istənilən uşaq burada seyirci olaraq iştirak edə bilər. Hər birinizə gözəl istirahətlər arzu edirik!

 

Region Seansın günü Keçirilmə yeri:

Qazax 06.09.2019 Heydər Əliyev parkı

Gəncə 07.09.2019 Heydər Əliyev parkı

Zaqatala 08.09.2019 Mərkəzi park

Quba 13.09.2019 Quba Meydanı park

Sabirabad 14.09.2019 Heydər Əliyev parkı

Ağdam 15.09.2019 Icra hakimiyyətinin yaxınlığında