NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

27-28-29 sentyabr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə altıncı Beynəlxalq Kitab Sərgisində yüzlərlə azərbaycanlı və xarici nəşrlərin təqdimatı keçiriləcək.

Harada: Bakı İdman Sarayı

Nə zaman: 27 – 29 sentyabr, 13:00 – 19:00

 

Bu şənbə günü ikinci Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində “Tallinn Oğlanlar Xoru” Bakıda çıxış edəcək.

Harada: Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı

Nə zaman: 28 sentyabr, 22:00

 

YAY! Travel uşaqlar və valideynlər üçün Şahdağ Milli Parkına art-tur təşkil edir. Proqrama daş üzərində rəsm ustad dərsləri daxildir, dərsləri isə Azərbaycan Dövlət Kukla Teatrının aktrisası və Len&Dolls yaradıcılıq studiyasının direktoru Yelena Borisovna Şetinkina aparır. Yerlərin sayı məhduddur.

Görüş yeri: Gənclik metrosunun yaxınlığında

Nə zaman: 29 sentyabr, 07:00 – 21:45

 

Moldova, Gürcüstan, Almaniya, Avstriya, İran, Türkiyə, İsrail və Böyük Britaniyalı rəssamların sənətdə olan qadınlara həsr olunmuş solo ekspozisiyalarını təqdim etdikləri "Qadın olmaq" (To Be a Woman) müasir sənət festivalı davam edir.

Harada: Müasir İncəsənət Muzeyi

Nə zaman: 16 oktyabra qədər

 

Azərbaycanda rus filmləri həftəsi başa çatır. Film həftəsinin proqramına həm yeni, həm də kinoteatrların liderləri, beynəlxalq kinofestivalların mükafatçıları daxildir. Pulsuz film nümayişlərini qaçırmayın!

Harada: Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Mərkəzi

Nə zaman: 29 sentyabra qədər

 

Gənc isveç rəssam Simon Arns ikinci Bakı sərgisi çərçivəsində ustad dərsləri verir.

Harada: Art Tower qalereyası

Nə zaman: 29 sentyabra qədər