NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

25-26-27 oktyabr

"Muğam axşamları" layihəsi çərçivəsində məşhur "Şur" muğamını dinləyirik.

Harada: Beynəlxalq Muğam Mərkəzi

Nə zaman: 25 oktyabr 19:00

 

Bu şənbə günü dünyanın ən böyük rəqs şoularından birini – Spirit of the Dance-ni canlı görə bilərsiniz. Bu İrlandiya rəqs şousu 20-dən çox ölkədə kassa rekordlarını qırıb və istənilən rəqs nümayişlərindən çox mükafat qazanıb. Rəqqasələrin qüsursuz dəqiq, sürətli və sinxron hərəkətləri hətta ən kəskin perfeksionistləri belə təəccübləndirəcək.

Harada: Opera və Balet Teatrı

Nə zaman: 26 oktyabr, 19:00 – 22:00

 

Uşaqlar və böyüklər üçün populyar elmi tədbirlər keçirən "Ağıllı Moskva" layihəsi Bakı tamaşaçıları üçün "Mendeleyev Cədvəli" elmi proqramını hazırlayıb. Bu proqramı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin gənc alimləri və populizatorları tərtib ediblər. İki həftə boyunca yeddi yaşdan 14 yaşa qədər olan uşaqlar laboratoriyalarda kimyəvi təcrübələr keçəcəklər, müxtəlif elementlərin kimyəvi xüsusiyyətləri ilə tanış olacaqlar, heyrətamiz əraf mühiti öyrənəcəklər. Premyera bu bazar günü keçiriləcək! Həmin vaxt isə valideynləri məşhur kimyaçı-alimlər, böyük kimya kəşfləri və ən hiyləgər miflər haqqında maraqlı mühazirə-viktorina gözləyir.

Harada: XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Nə zaman: 26 oktyabr, 10:00 – 18:00

 

Gərəkli kəndinə ekskursiya, bağda gəzinti və konsert proqramı ilə şirin xurma mövsümünü qeyd etməyin vaxtıdır. Bazar günü Balakəndə III Xurma festivalı keçiriləcəkdir.

Harada: Balakən, Heydər Əliyev adına park

Nə zaman: 26 oktyabr, 9:00 – 20:00

 

Kids Festival uşaqları və onların valideynlərini maarifləndirici ustad dərsləri, geyim və oyuncaqlar, hər yaşda körpələr üçün müxtəlif məhsullar və uşaq inkişaf mərkəzlərindən cəlbedici təklifləri ilə sevindirəcək.

 

Harada: Passage 1901

Nə zaman: 26 və 27 oktyabr, 10:00 – 19:00

 

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Coğrafi imla 2019" keçiriləcək. Coğrafi imla iki hissədən ibarət olacaq – dünya coğrafiyasında ümumi biliklərə dair 10 əsas sual və məntiq üzrə 30 xüsusi sual. İştirak etmək üçün [email protected] elektron poçtuna yazın və məktubun mövzu hissəsində "İmla" qeyd edin. Tədbir Xocəsən qəsəbəsində yerləşən universitetin filialının kampusunda keçiriləcək. Tədbirə universitetin xidməti avtobusunda getmək mümkündür. İştirak pulsuzdur!

Harada: Elmlər Akademiyası Parkı

Nə zaman: 10:30

 

Bakı Caz Festivalı davam edir. Bu il festivalı Euronews xüsusi çəkiliş qrupu müşahidə edir, həftə sonlarını Bakıda keçirənlərin isə Azərbaycan və Avropa caz qruplarının canlı ifalarını dinləmək, tematik filmi seyr edib müzakirə etmək və ənənəvi jam-session axşamlarından zövq almaq şansı olacaq.

Harada: Rotunda Jazz Club

Nə zaman: 27 oktyabra qədər