NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Sənət harmoniya içərisində

Mənim adım Oksanadır. Mən sahibkar, eyni zamanda da sənətkaram. Rusiyada doğulub böyümüşəm və nəhayət doğma Bakıya qayıtmışam. Gənc yaşlarımdan stilə böyük maraq və həvəsim olub. Yadımdadır, hətta məktəb illərində insanlara moda ilə bağlı məsləhətlər verməkdən həzz alırdım və mənim fərqli tərzim çoxları üçün yaddaqalan idi.

Həmişə modaya özlüyündə bir sənət növü kimi baxan, gözəl geyinən, özünə güvənən qadınlara heyran olmuşam. Moda olan həvəsimlə yanaşı, uşaqlıqdan rəsm çəkmək istedadım da olub. Hətta üçüncü sinifdə oxuyanda geyim və ayaqqabı kolleksiyamın eskizlərindən ibarət jurnallar çəkirdim. Bir çox sənətkarlar kimi mən də əvvəl-əvvəl sənətlə məşğul olmağı karyeramın bir parçasına çevirməyi düşünmürdüm.

Özünü bir sıra müxtəlif sahələrdə sınayan biri kimi həmişə yeni ideyalara və yaradıcılığa qarşı marağı olan biri olmuşam. Və nəticədə bu gün rəssamlıq akademiyasında təhsil almamağıma baxmayaraq, palitraları birləşdirmək məqsədi qoymuşam. İndi mən artıq əsərlərimin istiqaməti və ya janrı ilə bağlı narahat deyiləm – sadəcə olaraq eskiz cızmaqdan tutmuş hazır kətana qədər bütün prosesdən zövq alaraq özümü sənət vasitəsilə ifadə etməkdən həzz alıram. Mən özümü yaradıcılıq səyahətimin başlanğıcında görürəm, qarşıda çoxlu yeni və maraqlı təcrübələr məni gözləyir. Mənim üçün tərz sadəcə geyimdən ibarət deyil, daha çox şeyi əhatə edir - bu, özünü ifadə etmək, individuallıq, xarakter, enerji və orijinallığı özündə cəmləşdirir. Bu, bizim daxilimizin xarici dünyaya yansımasıdır, eynilə mənim sənətim kimi.

Düşünürəm ki, başqalarını kopyalamamaq və sadəcə məşhur olduqları üçün moda trendlərini kor-koranə izləməmək çox vacib məsələdir. Öz unikal tərzinizi inkişaf etdirmək vacibdir. Müxtəlif geyim kombinasiyaları və dizaynlarını yoxlamaqdan çəkinməyin. Tədricən yeni fürsətləri araşdırın. Stilinizi yeniləyin, yeni metodları və trendləri öyrənin, lakin həmişə özünüzə və seçimlərinizə sadiq qalın. Hər kəsə öz həyat tərzini kəşf etmək yolunda uğurlar arzulayıram!

Geyim “DRESS POINT”, ayaqqabı “MANGO”, boyunbağı “ZARA”

Köynək, jilet, şalvar “ZARA”, üst geyimi və çanta “YARGICI”, ayaqqabı “STRADIVARIUS”, papaq “H&M”

Geyim “DRESS POINT”, boyunbağı “ZARA”

Üst geyimləri “ZARA”, cins şalvar “STRADIVARIUS”, köynək “H&M”, ayaqqabı “OYSHO”, sırğalar “DOLCE & GABBANA”

Korset “THE BASE”, uzunboğaz kofta, yubka və ayaqqabı “ZARA”, çanta “BALMAIN”, boyunbağı “CARTIER”

SAÇ VƏ MAKİYAJ CƏMALƏ KƏRİMOVA @MAKEUP_BY_CAMA