NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

NƏRGİZ PAŞAYEVA OKSFORD UNİVERSİTETİNİN XEYRİYYƏÇİLƏR KOMİTƏSİNDƏ

Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (www.bfsac.org.uk) Qəyyumlar Şurasının sədri akademik Nərgiz Paşayeva Oksford Universitetinin Kansleri Lord Patten Barnesin rəhbərlik etdiyi Xeyriyyəçilər Komitəsinin üzvlüyünə təntənəli sürətdə qəbul edilib..

Fəxri adı bu il 28-ci dəfə keçirilmiş Kanslerin Xeyriyyəçilər Komitəsinin illik xüsusi mərasimində təqdim olunub. Nargiz Xanım Paşayeva dünyanın birinci ali məktəbi sayılan Xeyriyyəçilər Komitəsinə üzv olan və Oksford Universitetinin xüsusi mantiya və qızılı ipli baş geyim dəsti ilə təltif edilən ilk azərbaycanlı oldu.

8_okford_universitetinin_nizami

Elə həmin gün Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun adı dünyada tanınmış məşhurlarla yanaşı, Oksford Universitetinin Klarendon Arkasına həkk edildi. Oksford Universitetinin dəyər verdiyi  tərəfdaşlarını Oksford Universitetinin Klarendon Arkasında həkk etmək ənənəsi XIV əsrdən mövcuddur. Arka Universitetinin qəlbi sayılan tarixi əhəmiyyətli məhşur Bodleyn Kitabxanasının girişində yerləşir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5