NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

19-20-21 aprel

Cümə günü "Macarıstan Kino Günləri"nin açılış mərasimi keçiriləcək. Həftə sonuna "Yupiter peyki" filminin seyri ilə başlayaq.

Harada: The Landmark Hotel Baku

Nə zaman: Bu həftə sonu

 

Cümə günü iki ərazinin – Su şəhərinin və Alov torpağının tarixi münasibətlərini yenidən bərpa edən "Barokko Muğam" unikal konserti keçiriləcək. Bir birindən uzaq iki janr – muğam və barokko bu gecə bir vahid olaraq birləşəcək. Dirijor – Eyyub Quliyev, orkestra fleytada İtaliyanın dünya üzrə mədəniyyət səfiri Luiza Sello müşayiət edəcək. Kurator İtalyan bəstəkarı Stefano Muskaritolodur.

Harada: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

Nə zaman: 19 aprel, 20:00

 

Bakıda "Qadınların sirri" sərgisi açıldı. Sərgiyə adının uşaqlıqda ən sevdiyimiz cizgi filmləri ilə bağlı olan Nazim Məmmədov, Eldar Babazadə, Rafael Əliev kimi rəssamların əsərləri daxildir.

Harada: Art Tower qalereyası

Nə zaman: 19-27 aprel

 

Uşaqları bu həftə sonu "Multizavrlar. Sirli ada" multimedia tamaşasına aparaq. Bu, dinozavrların dünyasına maraqlı bir səyahətdir və çətin bir missiyanı yerinə yetirməyə imkan yaradır – dinozavrların sirli adasını od vulkanından xilas etmək! Şou 3 yaşdan 10 yaşadək tamaşaçılar üçün tövsiyə olunur. Multimedia tamaşasının müddəti – 60 dəqiqədir.

Harada: Akademik Milli Dram Teatrı

Nə zaman: 20 aprel, 12:00

 

Katolik Pasxa bayramını qarşılamaq, vaxtınızı ləziz və şən keçirmək üçün əla fürsət! Sizi mahnılar, müxtəlif oyunlar, yumurtaları rəngləmək və bir çox maraqlı məqamlar gözləyir. Qaçırmayın!

 

Harada:  Institut Français d'Azerbaïdjan

Nə zaman: 20 aprel, 15:00

 

Bu həftə sonu Ramazan Bazar xeyriyyə sərgisi keçiriləcək. Sərgidə müxtəlif master-klasslar keçmək, teatr quruluşlarını görmək, yarışmalarda və auksionlarda iştirak etmək, həmçinin handmade oyuncaqları, bəzək əşyaları, kitablar, şirniyyatlar, dizayner ləçəkləri və geyimləri əldə etmək mümkün olacaq.

Harada: Landmark Hotel Baku

Nə zaman: 20, 21 aprel

 

Bədii gimnastika yalnız idman növü deyil, həm də bir sənətdir. Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy 2-ci beynəlxalq turniri keçiriləcək. Bu dəfə 19 ölkədən 130 gənc çıxış edəcək! Zərif tamaşa olacağına zəmanət verilir!

Harada: Milli Gimnastika Arenası

Nə zaman: 20, 21 aprel

 

Bu bazar günü "Qoya: Cisim və qanın obrazları" film sərgisi bizə XVIII əsrdə Rembrandt və Velaskes kimi dahi ustaların təsiri altında qalaraq şedevrlər yaradan İspaniyanın ən məşhur rəssamı Fransisko Qoyanın heyranedici həyatından bəhs edir. Filmdə rəssamın şəxsi məktublarından istifadə olunub. Rejissor Devid Bikkerstafdır.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 21 aprel, 13:00