NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

9-10-11-12-13 avqust

İsrailin Rocotek elektron musiqi leyblının yaradıcıları Anna Qaleta və Tsaji Soussana bu şənbə Bakı tamaşaçıları əyləndirəcəklər.

Harada: Luna Project, Nobel prospekti 57

Nə zaman: 10 avqust, 13:00

 

Sərbəst dress-kod, demokratik yaş həddi (10+) və açıq havada çılğın latınamerika rəqsləri – dostlarla və sevdiklərinizlə vaxt keçirmək üçün əla fürsətdir.

Harada: Heydər Əliyev Mərkəzi parkı

Nə zaman: 10 avqust, 20:00

 

Hər il keçirilən Yay Rənglər Festivalı artıq Xəzər sahili üçün ənənəvi hala çevrilib, AF Hotel & Aqua Park əyləncə mərkəzində keçirilən "Holli" bayramı isə aktiv və şən istirahət sevənlər arasında çox populyardır. 

Harada: Novxanı

Nə zaman: 11 avqust

 

"Mirvari sırğalı qız" filmində nəinki Vermerin məşhur şedevrinin, həm də onun Qaaqada, Mauriyshöy qalereyasında saxlanılan digər əsərlərinin sirlərini üzə çıxaran həyəcanlı araşdırma aparılır.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 11 avqust, 13:00

 

Qurban bayramı münasibətilə şəhərimizin bir çox rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkaları keçiriləcək. Əgər növbələrdə durmaq istəmirsinizsə 9 avqust tarixindəsaat 23:59 qədər "Kənddən şəhərə" saytında öncədən onlayn növbə sifarişi edə bilərsiniz.

 

Nə vaxt: 12, 13 avqust