NARGIS
Ru En
NARGIS MAGAZINE
Afişa

14-15-16 fevral

Sevgililər günündə Fuad Axundov bizə Bakı ilə bağlı ən romantik sevgi hekayələrindən danışacaq. Öncədən rezervasiya etmək mütləqdir!

Harada: Cello Café Lounge

Nə zaman: 14 fevral, 19:00

 

Cümə günü axşamını "Qürur və qərəz" tamaşasını seyr edərək maraqlı keçirmək olar. Bu əyləncəli hekayə mütləq darıxmağa qoymayacaq!

 

Harada: Rus Dram Teatrı

Nə zaman: 14 fevral, 19:00

 

Şənbə günü sənətlə tanış olacağıq, çünki Bakıda Azərbaycan Memarlar İttifaqının üzvü, rəssam, dizayner, memar Zarnaz İmanzadənin qrafik rəsm əsərlərindən ibarət fərdi sərgisi keçiriləcək. Sərgini fevralın 16-dək ziyarət etmək olar.

 

Harada: Yeni Gallery (Bakı İncəsənət Mərkəzi)

Nə zaman: 12-16 fevral

 

Övladlarınız rəngarəng və maraqlı "Buratino" tamaşasından mütləq zövq alacaqlar. 

 

Harada: Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Nə zaman: 14 fevral-29 mart

 

Bazar günü böyük fransız rəssamı Pol  Qoqenin həyat və yaradıcılığına dair sənədli film böyük ekranda nümayiş etdiriləcəkdir.

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 16 fevral, 13:00

 

Dolğun həftə sonuna klassik musiqi konserti ilə yekun vururuq.

  

Harada: Azərbaycan Dövlət Filarmoniyası

Nə zaman: 16 fevral, 19:00