NARGIS
Ru En
NARGIS MAGAZINE
Reportaj

Okean Akademiyası

Heyvanlar oyuncaq deyil və dəniz heyvanlarına onların iradəsinə qarşı gələrək toxunmağın və kobud rəftar etməyin düzgün olduğunu düşünmək məsuliyyətsiz, qəddar və təhlükəli bir yanaşmadır. Bizim hər birimiz bütün canlılara hörmət etməyi əxlaqi bir vəzifə kimi öyrənməli və öyrətməliyik. "Nargis" komandasının Maldivin sualtı adalarından çəkdiyi bəzi gözəl şəkilləri təqdim edirik. Şnorkellə üzmək və dalğıclığın gözəlliyi ondadır ki, nə qədər suyun dərinliyinə ensəniz də, nə görəcəyinizdən heç vaxt əmin olmursunuz. Suyun dərinliklərinin su heyvanlarının dünyası olduğu nəzərə alaraq onlarla dostluq qurmağa hazır olmalıyıq.