NARGIS
Ru En
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

ARXİTEKTURA MAGİYASI

Onun adı ərəbcədən "parlayan" olaraq tərcümə olunur, keçmiş müəllimi Rem Koolhaas isə onu "öz orbitindəki planet" adlandırıb. Müasir arxitekturanın parlayan ulduzu Zaha Hadid özünün, bütün qitələrdə tanınmış adi formaları inkar edən və məkan çərçivələrini genişləndirən memarlıq dilini yaradıb. Onun layihələri başqa dünyaların əsəri kimi görünür - düz bucaqlardan və ümumi qəbul edilmiş standartlardan imtina binanın xüsusi geometriyasını yaradır. İnsanın həmişə itaət etmək və özünə tabe etmək istədiyi nizamlı xaosun və elastik materiyanın məkanı.

Elə bil ki, bu yaxınlarda Mərkəzin təməlinin qoyulması mərasimində iştirak etmisiniz, bu gün isə o tam fəaliyyət göstərir. Layihənin son görünüşü haqqında təəssüratınız nədir??

Biz həmişə müəyyən gözləntilərlə doluyuq, amma təəssüf ki, onlar həmişə özlərini doğrultmurlar. Amma bu vəziyyətdə nəticə mənə görə çox gözəldir. Layihənin dizaynını nəzərdə tuturam. Bu binanın tikintisi misilsiz eksperiment oldu və kompleksin mürəkkəbliyinə baxmayaraq fantastik gözəl alındı.

Bu mürəkkəb layihənin ideyası necə yarandı?

20 il əvvəl biz spesifik miqyasda binanın tikintisi üçün bir yol tapmağı düşündük. O vaxt bizi topoqrafiya və landşaft məsələləri, geoloji proseslər maraqlandırırdı. Buna görə Mərkəzin layihəsi bu sahələrdə 20 illik təcrübə və tədqiqatların nəticəsidir. Və əlbəttə ki, elastik memarlıq yaratmaq üçün hesablama texnologiyaları istifadə olunub. Bu fikir, şəhərin adi xarici görünüşü fonunda bu binanı rəvan monolit quruluşu ilə fərqləndirməkdən ibarət idi. İdeya əvvəlkindən irəli gələn üç proqramı nəzərdə tuturdu. Məsələn, kompleks mədəniyyət mərkəzi, muzey və kitabxana kimi istifadə edilə bilər. Üç ayrı quruluş bloku dağlıq birləşməyə bənzəyir və ilkin vəzifəsinə uyğun gəlir - kəskin künclərsiz ötüşmək. Bu da nəticədə obyektin vizual axışında özünü biruzə verdi. Suda aysberqin özülü kimidir, amma aysberqin kənarları kəskin olur. Biz isə xətlərin mütləq rəvanlığına nail olmaq, kəsikləri davamlı məkanla əvəzləmək istəyirdik.

Sizin yaratdığınız Mərkəzdə beynəlxalq konfranslar keçirilir, bəzilərində Siz iştirak etmisiniz. Burada gördüklərinizdən təəssüratlarınız necədir?

Bütün bunlar çox maraqlıdır. Bir neçə il sonra bura qayıtdığımda şəhərin görünüşünün necə də dəyişilməsinə heyrətlənmişdim, şəhər daha çox urbanizm ruhlu olmuşdu.

Layihəniz mövcud müasir binalardan nə ilə fərqlənir?

Biz heç bir şəkildə blokların nəzərdə tutulmadığı məqsədləri təqib etmişik. Bloklar yaşayış binası üçündür. Bizim tikili isə «antiblok memarlığı»nı təmsil edir. Beləliklə, bina qonşu binalarla müqayisədə daha çox kulturoloji xarakter daşıyır.

Hesablama texnologiyalarının layihənin icrasında hansı rolu olub?

Layihənin ideyası kompüter proqramlarının istifadəsi fikrindən daha əvvəl yaranıb. Bu inşada istifadə olunan rəqəmsal hesablama olduqca maraqlı idi, çünki onlarsız siluetin rəvan keçidinə nail ola bilməzdik. Onların sayəsində bitişik yeri olmadan bütün konstruksiya yaranıb, həmçinin ona uyğun materiallarla, onların istehsalı və hazırlanması təmin olunub. Hesab edirəm ki, kompüterdə yerinə yetirilən hesablama binanın yüksək dəqiqliklə xarici konturunu yaratmağa imkan verdi. Bu cür qurğunu əvvəl də inşa etmək olardı, amma bu qədər dəqiqliklə və bir-birinə uyğunluqla deyil. O vaxt sadəcə bu mümkün deyildi.

Layihənizin hansısa bir xüsusi mesajı varmı?

Şəxsən mən inanıram ki, istənilən layihənin və memarlığın mesajı vacibdir. Fikrimcə məkan inşa edərkən qazandığımız təcrübə çox gözəldir. Və əgər rəsm - sadəcə görüntüdürsə, bina inşası real təcrübədir. Bu layihə gələcək eksperimentlər üçün çox vacib idi…

Tarixi binaların saxlanılmasına münasibətiniz?

Hesab edirəm ki, həqiqətən dəyər daşıyan və yaxşı vəziyyətdə olan binaların saxlanılması vacibdir. Lakin paralel olaraq yeni bir şey də yaratmaq vacibdir, çünki yeni binalar indiki nəsli və mövcud anı təmsil edir.

Hər şey dəyişir, eyni zamanda memarlıq da. Sizcə 25 ildən sonra o necə olacaq?

Demək çətindir. Məsələn, 30 il əvvəl insanlar bu cür radikal dəyişiklikləri nəzərə almamışdılar. 1960-cı illərdə ənənəvi binalardan modernə keçid etmək çox həyəcanverici idi. Keçmişdə bütün ideyalar əl çatan deyildi və mən memar işləməyə başlayanda mənə elə gəlirdi ki, bir çox modernist ideyalar ümumiyyətlə reallaşmayıb. Amma memari modernizmin inkişafı dayanmırdı. Və tədqiqatların davam etməsindən asılı olaraq bizi bu gün narahat edən bəzi problemlərin gələcəkdə həll olunacağını və təkmilləşdirilməsini aşkar etdik.

İraqda hansı layihəni həyata keçirirsiniz?

Biz Bağdadda Mərkəzi Bankın inşası ilə məşğuluq. Yəqin ki, başqa layihələri həyata keçirəcəyik. Böyük əzəmətli tikili olması vacib deyil. Bu gələcək üçün şəhərin salınması ilə bağlı layihələr ola bilər...

Bakının memarlığını necədir?

Çox xoşuma gəlir. Xüsusilə binaların işıqlandırılması heyran etdi – buna tez-tez rast gəlmək olmur. Və bu işıqlandırma sayəsində binalar tam fərqli görünür. Bakıda memarlığın müxtəlif dövrləri çox gözəl ahəng təşkil edir: sovetdən öncə və sovet dövrü, sovet konstruktivizmi. Mən konstruktivizmə xüsusi maraq göstərirəm, bu mənə çox yaxındır. Və qərb ideyalarının şərq ənənələri ilə birləşməsi məni cəlb edir.

Müsahibə Ülviyyə Mahmudova