NARGIS
NARGIS MAGAZINE
Special Projects

MÜKƏMMƏL HƏYATA ŞANS VERƏN KAFE

- Adın nədir?

- Arzu, bəs sənin?

- Adım Cəlaldır. Adın nədir? - eyni cəsarətli səslə növbəti qonağa keçdi. Beləliklə hər kəsə müraciət etdi, axı kimisə diqqətsiz qoymaq onun üçün ağlasığmaz idi.


Kafenin əməkdaşları Cəlal və Məhəmməd 

Əgər düşünürsünüz ki, adları nəzakət üçün soruşurdu, yanılırsınız. O, kər kəsi yadda saxlamışdı. Adları ilə.

  •  
  •  
  •  
1 / 5

Bizi isə - Qunnar Pankın rəhbərliyi altında Azerfon şirkətinin nümayəndələri və Nargis jurnalının heyəti kimi yadda saxlamışdı - biz 10 nəfərdən bir qədər çox idik.

2 oktyabr tarixində autizmdən əziyyət çəkən uşaqların çalışdığı kafe-atelye Kashalata qapılarını bizim üçün açdı. Onlar özləri sifariş alırlar, çay və yemək təqdim edirlər, həmişə yardıma və masadan artıq şeyləri qaldırmağa tələsirlər.

Autizm - hökm və ya damğa deyil. Autizmin müasir anlayışları ən yaxşı halda köhnəlmişdir, pis halda isə - yanlışdır. Bəli, diaqnozlar hansı əlamətlərin olmasından və bu əlamətlərin nə qədər üzə çıxmasından asılı olaraq olduqca müxtəlifdir. Lakin autizmli insanlar fenomenal yaddaşa və ya müstəsna istedadlara malik olduqları hallar da az deyil. Onlar qarşılarına qoyulan vəzifələri diqqətlə yerinə yetirməyə hazırdırlar, özlərini musiqi və elmdə sınayıb ağla sığmayan zirvələri fəth edə bilərlər.

Qeyd edək ki, “Kashalata” kafesi "Birgə və Sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq autizmli uşaq yaşayır. Birlik həmçinin onları uyğun iş yerləri ilə təmin edir.

Kafeyə müştəri qismidə getdiyimizdə telekommunikasiya operatoru Kashalataya qəhvə apparatı hədiyyə etdi: artıq qonaqlar ləzzətli qəhvə və ya kappuçinonun dadına baxa biləcəklər. Hər kəsin istəyinə görə.

Kafe İbrahimpaşa Dadaşov küç., 29-da (A. Sultanova abidəsi yaxınlığında) yerləşir. Uşaqlar hər kəsin yolunu məmnuniyyətlə gözləyirlər!

 

MƏTN ARZU CAİD FOTO PƏRVİZ QASIMZADƏ VİDEO RUSLAN QORBUNOV