NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: PARİSİN İŞIQ EMALATXANASINI

Mənim oxucum Parisdə Gustav Klimtin rəsm əsərlərinə "səyahət" edə biləcəyini bilirmi? İrad tutmağa tələsməyin! "Səyahət" - yəni parislilərə İşıq emalatxanasının (L'Atelier des Lumières) bə etdiyi inanılmaz işıq instalyasiyasını nəzərdə tuturam Parisin 11-ci dairəsində yerləşən bu yeni rəqəmsal oazisə mən bütün arzu edənləri yüngül başgicəllənmə ehtimalı barədə xəbərdarlıq edərək dəvət edirəm! 

"L'Atelier des Lumières" qapılarını bu ilin aprel ayında Bastille və Nation meydanları arasında açıbdır. Həftədə 7 gün fəaliyyət göstərərək artıq 300 000-dən çox qonaq qəbul edib! Bütün məsələ sərginin "triptixində" - Gustav Klimtin, Friedensreich Hundertwasser, eləcə də "OUCHHH" qrupunu işlərinin işıqlandırma qurğusundadır. İşıq emalatxanası qonaqların böyük müəlliflərin nəhəng əsərlərinə başdan-ayağa qərq olunduğu iki çox böyük məkandan ibarətdir. Beləliklə, 10 metr yüksəkliyində divarlarda soundtrack (əksər opera ariyaları) müşayiəti altında XXL formatda məşhur rəsmlər yerləşdirilib. Belə bir başgicəlləndirici kokteyl insan və sənət arasındakı sərhədləri tam dağılması üçün yaranıb. Söz yoxdur, sadəcə emosiyalar!

"Öpüş", "Danaya", "Qadının üç yaşı" əsərlərinin seçimi avstriyalı rəssamın ölümünün 100 illiyinə həsr olunub. Klimt, Vena imperiyasında müasir rəssamlıq üçün ilk yol açan olub, onun qızıl dekorativ motivləri əbədi olaraq bu bədii "inqilab" dövrünün simvolu olaraq qalacaq. Bu təəssüratlı sərgidə həmçinin Klimtdən təsirlənən Egon Schiele və Friedensreich Hundertwasser kimi Venanın digər aparıcı ustalarının əsərləri təqdim olunub. Schiele peyzaj və insan bədəni haqqında yeni bir təsəvvür yaradıb. Hundertwasserə gəldikdə isə - o, işıq emalatxanasının məkanını harmonik memarlıq ansamblı ilə doldurdu.

Lakin sərginin təşkilatçıları klassikanı bir qədər matriks avanqard ilə qarışdırmaq qərarına gəldilər. Bunu "OUCHHH" şirkəti - eyni vaxtda İstanbulda, Londonda və Los-Ancelesdə təsis edilmiş rəqəmsal səsyazma studiyası icra edir. "Sehrli səyahət" üslubunda hazırlanmış Poetic_Ai sərgisi vizual yaranma prosesində süni intellekt istifadə edir: işıq, forma və hərəkət unikal rəqəmsal işi birləşdirən alqoritmin köməyi generasiya edir.


Bir sözlə əziz oxucu, əgər bu ilin noyabr ayına qədər heç olmasa bir gün Parisdə ola bilsən bu sehrli işıqlandırma səyahətinə çıxmaq üçün əlindən gələni et!

Zeynəb Cahan