NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

İLK ULDUZA QƏDƏR...

Bürcünüz nədir? Yəqin ki, bu suala cavab verə bilməyən adam tapılmaz. Hətta ən qatı skeptik belə hər hansısa qəzetdə, jurnalda və ya təqvimdə horoskopa rast gəldiyində heç olmasa arabir də olsa öz bürcünün astroloji proqnozunu gözdən keçirir. Bu, insanın qəribə və naməlum hər bir şeyi şiddətlə bilmək istədiyinin sübutu deyilmi? Daimi "Horoskop" rubrikamızın müəllifi astroloq Gülarə Səmədova ilə söhbətimizdə gizli elm dünyasına, Yaradanın bəxş etdiyi insan imkanlarının idrak dünyasına oxucularımız üçün qapı açmağa çalışdıq. Astrologiya, onun tarixi, missiyası, dövlətlərin və ayrı şəxslərin talelərdə rolu ilə əlaqəli stereotiplərdən danışdıq.

 

Astrologiyanın mistisizmlə əlaqəsi ona qarşı ikili standartları diktə edir: astrologiyanı adətən yalançı elm olaraq görürlər, eyni zamanda, hər kəs öz bürcünü bilir və çoxları astroloji proqnozları oxuyur. Sorğulara əsasən hal-hazırda ABŞ-da əhalinin 40%-i, Fransada 53%, Almaniyada 63%-i, Böyük Britaniyada 66%-i astrologiyaya inanır. Müşahidələrinizə görə Azərbaycanda astrologiya nə qədər və kimlər üçün populyardır? Və bu nə ilə izah olunur?

Əvvəlcə ümumiyyətlə astrologiyanın nə olduğunu aydınlaşdıraq. Əlbəttə ki, astrologiya adət etdiyimiz bir elm deyil, yalançı elm damğası elə bundan irəli gəlir. Ancaq bu bir din də deyil, ona müraciət etmək üçün buna mütləq inanmaq lazım deyil. Astrologiya - ilk növbədə planetlərin dövriliyini və onların bizə təsirini öyrənməyə imkan verən bir vasitədir. Planetlərin hərəkətinin təkrarlanan dövrlərini müşahidə edərək həyatımızın dövrləri və modelləri haqqında dəqiq bir fikir əldə edə bilərik. Və müvafiq olaraq astrologiya şüurumuzu yönəltmək, dəyişdirmək və Kainatın Şüuru ilə yenidən birləşdirmək üçün güclü bir vasitə ola bilər. Bu mənada astrologiya bir çox fərqli təbəqədən olan insanları maraqlandırır. Bu gün astrologiya getdikcə populyarlaşmış, sadələşdirilmiş formada qəbul olunur: kimsə başa düşmək, araşdırmaq, sınamaq, özündə hiss etmək, kimsə sadəcə gələcəyi bilmək üçün, kimsə isə qorxudan bununla məşğul olur. Bu, fərqli şüur səviyyələri olan insanlar üçün fərqli şəkildə işləyəcəkdir. İş, tibb, psixoloji xarakteristika baxımından proqnoz verən astrologiya çox yayğındır. Tibbi astrologiya hər zaman populyar olub; hətta bu gün bir çox düşüncəli həkimlər heç olmasa ay dövrü ilə hesablama aparırlar, çünki heç kim ayın təsirini ləğv etməyib, ay astrologiyası isə – ən vacib istiqamətlərdən biridir. Yeri gəlmişkən, əgər şəxsiyyət düşüncəli, mənəviyyatlıdırsa, o zaman onun həyatında proqnozlaşdırılan astrologiyanın rolu adi olacaq. Ümumiyyətlə, bilmək lazımdır ki, astroloji cədvəl yalnız 12-15 yaşlı uşaqlarda işləyir. Şəxsi horoskop - müəyyən mənada Yaradanın iradəsinin təzahürüdür: doğuş zamanı hər bir planet müəyyən bir bürcə uyğun şəkildə fərdi xüsusiyyətlərin özülünü qoyaraq müəyyən bir Bürc altına düşür. Bu təsir insan tərəfindən dərk edilmirsə, o zaman ağrılı şəkildə qəbul ediləcək. Əgər ki,  insan şüurlu şəkildə yaşayırsa, deməli öz horoskopu ilə ahəng içindədir və hadisələrin çətin olmasına baxmayaraq, daxili harmoniya yenə də özünü büruzə verəcəkdir. Təəssüf ki, insan yalnız proqnozlaşdırılan astrologiya ilə maraqlanır: taleyi necə olacaq? nə vaxt evlənəcəm? neçə uşaq olacaq? Və müasir dünyada astrologiyaya "falçı" olaraq müraciət etmələri çox dramatikdir. Bunun özünüdərketmə vasitəsi olduğunu çox az adam başa düşür.

Proqnozlaşdıran və ya elektiv astrologiya gerçəkliyi idarə etmək məsələsini ortaya qoyur: hər şey əvvəlcədən müəyyən edilibmi? Hadisələrin gedişatını əvvəlcədən bilməklə gələcəyi dəyişdirmək mümkündürmü? Və azad iradə ilə nə etmək lazımdır?

Hər bir planet, müəyyən bir dövrü keçərək yeni fürsətlər təqdim edir və onlardan necə istifadə edəcəyimiz insanın öz seçimidir. Bunu izah etmək üçün hər zaman rus xalq nağılından bir metaforaya müraciət edirəm: sağa getsən - atını itirəcəksən, sola getsən - sevgi tapacaqsan və s. Azad iradə elə seçim imkanı deməkdir. Bir hadisə mütləq dəqiqliklə də baş verə bilər, qismən də baş verə bilər, amma bundan hansı nəticələr çıxaracağımızı, ümumiyyətlə bunu edib-etməcəyimizi, o anda iradəmizin nə qədər şüurlu olacağını heç kim əvvəlcədən təxmin edə bilməz. Buna görə də proqnozlar alın yazısını dəyişdirməyə çalışan, yeni yollar axtaran insan qədər maraqlı deyil. Azadlıq – vəziyyəti dəyişdirməkdə deyil, anlamaqdadır: niyə bu vəziyyətdəsən, o sənə nə öyrədə bilər, ruhun hansı ardıcıllıqla inkişaf edə bilər? Burada insanın taleyinə, öz yoluna inam məsələsi ortaya çıxır. Mənəviyyata, əbədi həqiqətlərə uyğun olaraq qəlbinin və vicdanının səsi ilə yaşamağa can atan ruhun həmişə daxilini dəyişmək imkanı var. Tədqiqatçı təbiətli insanlar elektiv astrologiyaya müraciət etmirlər, çünki onlarda öz həyatlarından məmnunluq hissi inkişaf edir. Əgər öz daxilindən razısansa, o zaman kənardan niyə nəyisə dəyişəsən? Bütün dəyişikliklər çox harmonik və proqnozlaşdırılan astrologiyanın köməyi olmadan baş verir.

Orta əsr həkimi Cirolamo Frakastoronun yazılarında epidemiyaların izahları və onların profilaktika üzrə məsləhətləri guya bu epidemiyalara səbəb olan planetlərin konfiqurasiyalarının təsvirləri ilə əvəzlənir; Kampanella utopik dövləti astroloji göstərişlər üzərində qurulub; Paratselsa tibbi traktataları elə özünün də proqnoz kitabları ilə əvəz olunur; Leonardo da Vinçinin proqnozları şedevrləri və texniki layihələri qədər məşhur olmasa da, yenə də onlarla yaxından əlaqəlidir... Bütün bunlar bəzi itirilmiş gizli biliklərin sübutudur. Onlar həqiqətənmi əbədi olaraq itirilib?

Müasir insan öz qismətindən uzaqlaşır. Bu gün səmimiyəti üzə çıxarmağa imkan verməyən süni şeylər həddən artıq çoxdur, ruhun özü də elə çoxlarında ikinci yerdədir. Qədim biliklər itirilmir, onlar lazımi ana qədər istirahət edirlər. Bütün vedik astrologiyası, şumer astrologiyası hələ də kuluarlarda, qapalı müəssisələrdə, astroloji məktəblərdə, akademiyalarda saxlanılır və öyrənilir. Biliklərin ötürülməsi, çox incə və vacib bir şeyə yaxınlaşmağa imkan verən münəccimlərin şəxsi təcrübəsi hələ də yaşayır. Ancaq buna baxmayaraq, bu gün biz Dolçanı və eyni zamanda astrologiyanı idarə edən Uran planetinin himayəsi altında Dolça dövründə ilk addımları edirik. İndi bəzi başqa, hər zamankindən daha çox seçim azadlığı verən astrologiyaların yüksəlişi başlayır. Karmanın sıfırlandığı və keçmişin sərt nümunələrinin yenidən qurulduğu bir əsr dəyişikliyi dövründə yaşayırıq. Üstəlik, Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklə birlikdə qütblərin dəyişikliyi başlayır. Müvafiq olaraq, onsuz da "təmas xətti" üzrə hərəkət edən planetlərin sərt təsiri gücünü itirir, həm bütövlükdə bəşəriyyət, həm də Yer kürəsi böyük enerji buraxır. Bu, proqnozlaşdırıcı təcrübələrə yapışmamağınızın daha bir izahıdır: ən azından öz resurslarımızı bloklamamaq üçün. Qədim bilikləri hələ ki, yenidən öyrənmək lazımdır, müasir astroloqlara isə insan zəkasının və ruhunun imkanları baxımından bir çox kəşflər etməlidirlər.  

Kabinetinizdə Nostradamusun portreti var. Yəqin ki, bu kahinin fenomenliyini dərk etməyinizə dair deyəcəyiniz bir şey var...

Kabinetimdəki portret təsadüfdür. Baxmayaraq ki, təsadüf yoxdur... Məsələ bundadır ki, Mişel Nostradamus haqqında çox məlumat var, amma əsas onun kahinliyi vurğulanır. Əslində, bu XVI əsrin mötəbər bir şəxsiyyətidir: qrammatikanı, ritorikanı, əlkimyanı araşdıran həkim, əczaçı, şair, filosof... Nostradamusun ilk ailəsi vəba xəstəliyindən həlak olub və o, bu xəstəliyin qarşısının alınması və müalicəsi sahəsində araşdırmalar aparıb. Kahin olaraq ilk növbədə kahinliyin rübailərinin şifrəsini açmağı ilə maraqlı biridir. Bəlkə bu proqnozlar ümumiləşməməyi üçün şifrələnmişdir? Hər şey əvvəlcədən bilinsəydi, yaşamaq necə də kədərli olardı! Elə buna görə bizə proqnozlaşdımaq kimi idarəçilik deyil, səhv etmək, cəhd göstərmək, yıxılmaq, ayağa qalmaq, öz şəxsi təcrübəmizə sahib olmaq üçün həyat verilib.

Astropsixoanalitika kimi bir istiqamət haqqında nə deyə bilərsiniz?

Bu, insanın doğum zamanı göy cisminin yerləşməsi üzrə doğum xəritəsi ilə insanın xarakterini müəyyənləşdirilməsində ixtisaslaşan doğum astrologiyasının bir bölümüdür. Astropsixoloqun əsas vəzifəsi konkret hadisələri proqnozlaşdırmaq deyil, özünüdərketməkdə, özünü təkmilləşdirmədə kömək etməkdir: peşəkar astropsixoloq şəxsiyyətin portretini çəkə bilər, güclü tərəflərini, istedadlarını, gizli ehtiyatlarını və həssas, diqqət tələb edən yerləri qeyd edə bilər, insanın həyatın müxtəlif sahələrində özünü ən yaxşı şəkildə göstərə biləcəyi barədə məsləhətlər verə bilər. Astropsixoanalitika – faktları müqayisə edərək təhlil etmək imkanı və daha dərin fürsətlər yaratmaqdır. Hər bürc işarəsi kimi hər bir planet bir neçə səviyyəyə malikdir. Məsələn, Venera planeti ən aşağı səviyyədə – məişətdə, heyvan pilləsində – hisslərimiz və istəklərimizə cavabdehdir, lakin fərqli inkişaf səviyyəsindəki eyni Venera tətbiqi yaradıcılığa cavabdehdir: bir insan əlləri ilə nəsə edə bilirsə, o zaman onun Venerası artıq daha yüksək səviyyədədir. Veneranın növbəti səviyyəsi bütün sənət növləridir. Və əgər bir insan, məsələn, eyni Veneranı müəyyən səviyyəyə çəkməyi qarşısına məqsəd qoysa, o zaman ciddi bir sənətlə məşğul olmalıdır. Veneranın ən yüksək təzahürü şərtsiz sevgi və ya agapedir. Və astropsixoanalitikanın vəzifəsi planetlərin hər birini necə işləməyi tövsiyə etməkdir. Əsas açar budur ki, bir planeti "çəkəndə" bütün həyatınız dəyişməyə başlayır, digər planetlərin potensialı da böyüməyə başlayır. Və fərdi böyümə baxımından güclü bir effekt verən müasir astropsixoanalitikanın  üstünlüyü bundadır.

Bəzi məlumatlara görə, astrologiya ən qədim elmlərdən biridir. XVII əsrə qədər volterianizm dövründə nizam-intizamı üçün mütləq öyrənməli idi. Bu gün akademik dairələrdə astrologiya haqqında ciddi danışmaq - nəzakətli deyil, baxmayaraq ki, Hindistanda hər hansı bir mühüm hadisə hələ də planetlərin yerləşməsinə görə planlaşdırılır və hətta universitetlərdə astrologiyanı intizam elmi olaraq dərsliyə salmağa cəhdlər də edildi. Ancaq eyni zamanda, siyasi liderlərin mundan astrologiyaya müraciət etməkdən çəkinmədiklərinə dair daha çox sübut var. Bu barədə nə düşünürsünüz və cəmiyyətdə astrologiyanın statusunun dəyişəcəyini düşünürsünüzmü?

Əminəm ki, cəmiyyətdə astrologiyanın statusu xeyli artacaqdır. Yeri gəlmişkən, qeyd etdiyim səbəblərə görə artıq dəyişir. Ancaq deməliyəm ki, bu gün akademik dairələrdə çox şeyə ciddi yanaşılmır. Misal üçün məhkəmə psixiatriyasının imkanlarını müzakirə etmək də nəzakətli deyil, lakin bu onun əhəmiyyətini azaltmır. Sadəcə həyatın fərqli sahələri, fərqli zehniyyətlər var: kiməsə maraqlıdır, kiməsə yox. Mundan astrologiyaya gəldikdə isə, müdrik hökmdarlar hər zaman ulduzların köməyinə müraciət edərək, bu bilikləri öz xalqlarının və bütün bəşəriyyətin xeyrinə düzgün tətbiq edirdilər. Əlbəttə bilik manipulyativ şəkildə də istifadə edilə bilər. Lakin bu "zərər verməmək" prinsipinə əsasən tətbiq olunarsa, o zaman sadə insana da, bütün dövlətə də, onun liderinə və xalqına da kömək edəcəkdir. Əminəm: vaxt gələcək ki, astrologiya vacib baza intizamı statusunu alacaq.

İbrahimi dinlərdə astrologiyaya münasibət birmənalı deyil.  Pravoslav məzhəbi bunu qəbul etməsə də, lakin papa sarayında astroloqlar həmişə himayə altındadırlar. Şarjada İslam Sivilizasiyası Muzeyinin tavanı Şeyx Sultan Bin Mohammad Al Kasiminin doğuş kartı mozaikası ilə bəzədilib. Yəhudilikdə bürclərin təsirinin kainatın təməlinə qoyulduğuna dair əlamətlər mövcuddur. Sizin fikrinizcə, Tanrının və astrologiyanın ideyaları necə əlaqəlidir?

Məgər astrologiya olmadan Allah ideyası ola bilərmi və eynilə əksinə? Axı astrologiya alətləri olan həm ulduzlar, həm də səma Allah tərəfindən yaradılıb. Bu alətlər kimin əlindədir, təmizliyinə riayət olunurmu, insan psixikasına münasibət etikasına hörmət edilirmi - başqa məsələdir. Müasirlikdən danışsaq, astroloqların rəsmi dindarlarla olan ixtilafları adətən astroloqların proqnoz praktikası əsasında yaranır. Məsələn, Moskva və Bütün Rus Patriarxı Kirill Rus Pravoslav Kilsəsinin yeni (1917-ci ildən bəri) tarixində ilk dəfə olaraq pravoslav kilsəsinin astrologiyaya müsbət münasibəti olduğunu açıqladı, lakin o, tale və "qəzet ulduz falı" proqnozlarını istisna etməklə astrologiyanı bir elm olaraq nəzərdə tutduğunu bildirdi. Yeri gəlmişkən, Gürcüstanın Svetitsxoveli kilsəsində də bürc dairəsi və mühakimə günü təsvir edilən freska var.

Yadımdadır, illər əvvəl bir dostum mənə ən çox sevdiyi personajın Harri Potter olduğunu etiraf edərkən çox gülmüşdüm. Bu gün artıq gülməli deyil, mən də Harri Potteri incə bir eşqlə sevdim, çünki texnoloji sivilizasiya reallığında biz sehrli varlıqlardan məhrum qaldıq. Artıq sehr, möcüzələr, həyatı inanılmaz və qeyri-darıxdırıcı edən hər şey haqqında ciddi danışa bilmərik. Təcrübənizdə möcüzələrlə qarşılaşmısınız, magiyanın gücünə inanırsınız?

Yeri gəlmişkən, mən də bu xarakteri çox sevirəm... Qarşımdakı ən böyük möcüzə - yardım üçün yanıma gələn bir insan üzərində işləyərək dəyişdiyini, astroloji hakimiyyətinin üzərindən yüksəldiyini görürsən. Əgər biz inkişaf ediriksə, əgər şüurlu və minnətdar olmağı, Yaradanın iradəsini və lütfünü qəbul etməyi bacarırıqsa, əgər minnətdarlıq, qarşılıqlı yardım, insanlıq həyatımızda prioritetdirsə, o zaman proqnozların, doğuş xəritəsinin üstünə çıxmağa imkanımız var. Hər bir planeti, bu planetdəki bir əlamətləri cilalamaqla, mənfi və inkişaf edən intuisiyanı təmizləyərək, yetkinlik yaşına çatdıqda belə aydınlanma, oyanış adlandırılan anlayışa yaxınlaşa bilərik. Əsl möcüzə elə budur! Mənim üçün ən böyük möcüzə - sevmək bacarığı və yaxınlarımın sevgisini qəbul etməkdir. Bu möcüzələri görmək üçün həyatın verdiyi hər  nəfəsə görə minnətdar olmaq kifayətdir... Ənənəvi mənada sehrdən danışırıqsa, deməli, mən hamıdan daha çox skeptikəm.

 

Müsahibə: Leyla Sultanzadə

Foto: Pərviz Qasımzadə

Material altmış birinci buraxılışda dərc olunmuşdur.