NARGIS MAGAZINE
Bloqlar

Zeynəb Cahan: Mədəni irs

Əziz oxucumu baş çəkməyə haralara dəvət etməmişəm ki - muzeyə, festivala, hətta bəzən kinoya. Bu həftə iş daha mürəkkəb və maraqlıdır, mən beynəlxalq arenada mədəni irs haqqında danışacağam, həm də bir deyil!

[IG_1017]

Mədəni irs haqqında nə bilirik? Bu ulu nənə və ulu babalarımızın toxunduğu maddi və mənəvi mədəniyyətin bir hissəsidir. Bu zamana qədər bizə ötürülən ən ciddi olanlar bizim uşaqlarımıza ötürüləcək. Şəhərlərin mədəni irsinin mövzusu bütün dünyada araşdırılır. Onun daha effektiv edilməsi və tanınması üçün 1993-cü ildə UNESCO tərəfindən xüsusi Ümumdünya Şəhərlər İrsi Təşkilatı yaradılmışdır (Organization of World Heritage Cities, daha sonra OWHC). "Ümumdünya" sözü əbəs yerə istifadə olunmur, çünki mədəni irs yalnız şəhər və ya ölkə miqyasında əhəmiyyət daşımır, həm də bütün insanlığın xəzinəsi hesab olunur. Bu gün bu təşkilat beş qitədən 310 şəhəri birləşdirir. Bu rəqəmi təsəvvür edin - 310! 310 şəhər və iki dəfə çox abidələr, məbədlər və planetimizin özündə "daşıdığı" insanlığın yaratdıqları! Onları qorumaq və saxlamaq asan deyil, buna görə də OWHC irsi "bienniale" toplayır. İldə iki dəfə Konqress keçirilir. Burada dünyanın bütün məsul şəxsləri (adətən şəhərlərin icra başçıları və ya icra nümayəndələri) problemləri və Ümumdünya İrsinin mühafizəsi, konservasiyası və idarə edilməsi ilə bağlı həll yollarını müzakirə edir.

z

Yavaş-yavaş, amma doğru addımlarla ən maraqlısına yaxınlaşırıq. Axı oxucu İçərişəhərin "Qız qalası" abidəsi və "Şirvanşahlar sarayı" kompleksinin 2000-ci ildən bəri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olduğunu bilir, düzdürmü? Bizim qala unikal bir tarixi kompleksdir. Dünyada maddi mirası ilə əlaqəli olan çox sayda insan bizim orada və onunla necə yaşadığımızla maraqlanır. 14-cü Konqressin mövzusu "Yerli icmaların mədəni irsə cəlb olunması" oldu. Bakı və İçərişəhər "İçərişəhər" Tarixi-Memarlıq Qoruğu İdarəsinin müdiri tərəfindən "qalanın bələdiyyəsi" kimi təqdim olundu. Həmçinin Konqresə əlavə olaraq OWHC zamanla ayaqlaşmaq üçün bu il ilk dəfə Gənc Mütəxəssislər Forumunu (Young Professionals Forum) təşkil etdi. Gyeongju'ya, yeri gəlmişkən Cənubi Koreyanın cənub-şərqində yerləşən gözəl şəhərə bu şəkildə gedib çıxdım. Burada hər iki tikilidən biri və ya milli parkı (imperatorların məqbərələri ilə birlikdə) UNESCO-nun Dünya İrsinə məxsusdur.

screen_shot_2017-11-10_at_14.09.06

222

Belə bir təşəbbüs OWHC-in əsas məqsədlərindən biridir - Dünya İrsinin qorunması və idarə olunması ilə bağlı əməkdaşlıq, informasiya və təcrübə mübadiləsini təşviq etmək, həmçinin üzv olan şəhərlər arasında həmrəylik hissini inkişaf etdirməkdir. Hər iki ildən bir Konqress iştirakçıları səsvermə yolu ilə müəyyən edilən növbəti şəhərlər "İrsinə" səyahət edirlər, tanış olurlar və onun haqqında daha çox şey öyrənirlər, bu elmi və emosional yükü gələcək nəslə ötürürlər. Budur, mən də həmkarlarımı "İçərişəhər" və onun inciləri ilə daha yaxından tanış etməyə çalışdım və sizə şəkillərdə Gyeongjudan "suvenir", həm də dünyanın bütün guşələrindən topladığım müxtəlif dillərdə, amma eyni məna daşıyan çoxlu salamlar gətirmişəm.

111

[IG_1019]

333

Mətn və foto: Zeynəb Cahan