NARGIS
NARGIS MAGAZINE
Special Projects

Uğura gedən yol

Uğur – elə bir nərdivandır ki, onu əlini cibinə qoyaraq qalxa bilməzsən.

İngilis atalar sözü

Arzularının ardınca dünyanın o biri başına getməyə, mübarizə aparmağa, çətinliklərin öhdəsindən gəlməyə və nəyin bahasına olursa olsun ideyalarını həyata keçirməyə hazır olan kateqoriyalı insanlar var.                                           

Bu gün biz Sizə Glenfiddich ilə birgə layihəmizin ikinci hissəsini təqdim edirik.

utf-8d09ad0bed0bbd0bbd0b0d0b6

Hər kəs kimi olmamağa, hər kəsdən fərqlənməyə, axına qarşı getməyə, sistemlə və stereotiplərlə mübarizə aparmağa hazırlıqlı olmaq - budur bizim qəhrəmanlarımızı xüsusi edən amillər. Şübhəsiz, yaradıcı fərqli düşüncə bu insanları toplumdan fərqləndirir və başqalarını onların karyeralarını və nailiyyətlərini izləməyə məcbur edir. İngilis dilində «maverick» deyə çox böyük bir söz var (fəqli düşünən insan, dissident, "damğalanmamış" insan). Glenfiddich distilleriyasının banisi William Grant belə insanlardan biri idi. Bizim layihəmizin qəhrəmanları da bu cür insanlardır.

Biz Sizə öz arzularının ardınca getməkdən qorxmayan və buna nail olan gənc insanlar haqqında danışacayıq. Onlar üçün uğur nədir? Onlar nəyi rəhbər tuturlar? Axtarmağa, yaratmağa və istədiklərini əldə etməyə məcbur edərək onları irəliyə nə aparır?

Azərbaycan və Avropa üzrə çoxqat çempion, “Kralların oyununa” məftun olan, şahmat üzrə müsabiqələrdə ard-arda Azərbaycanı layiqincə təmsil edən qrossmeyster Rauf Məmmədov; qeyri-standart görmə qabiliyyəti ilə fərqlənən və vacib sosial problemlərdən yan keçməyən istedadlı rəssam Fərhad Fərzəli; zamansız və unikal layihələri təbliğ edən, avtomobil dizayneri Samir Sadıxov – hər bir qəhrəmanımız özünəməxsus və unikaldır. Həyat yolu ilə onları arzuları və şəxsi imkanlarına olan inamları aparır. Gəlin onlarla yaxından tanış olaq.

Məmmədov Rauf – şahmatçı, Azərbaycan üzrə doqquz qat və Avropa üzrə dörd qat çempion. 16 yaşından bu yana qrossmeyster, Azərbaycan yığmasının üzvü.

rauf_1

Mənim üçün uğur – bizim himnimizin çalınması və pyedestaldalda birinci yeri tutduğum zamandır.

rauf_2

Mənim bugünkü əsas nailiyyətim 2009-cu və 2013-cü illərdə Avropa çempionatındakı qalibiyyətlərimdir. Bu turnirlərdən sonra bizi cənab prezident qəbul etmiş və bizim nailiyyətlərimizlə qurur duyduğunu bildirmişdi.

rauf_3

Mən xalq qrossmeysteri olmağa çalışıram, mənim ən əsas arzum – şahmatı Azərbaycanda idman növü kimi irəli çəkmək, bu oyunu inkişaf etdirmək, gənclərə yardım etməkdir. Mənim üçün bu çox şey ifadə edir, çünki 7 yaşından oynamağa başladığım şahmat – bütün həyatımın işidir.

Fərhad Fərzəli – Azərbaycan Rəssamlar ittifaqının üzvü, 2013-cü ildən başlayaraq YAY Gallery və "YARAT" Müasir İncəsənət məkanının müxtəlif layihələrinin iştirakçısıdır, instalyasiyalar, rəssamlıq, fotoqrafiya, qrafika və musiqi ilə məşğul olur.

farhad_1

Uğur – arzuların çin olmasının sinonimidir. 

farhad_2

Mənə olduqca xoşdur ki, hər zaman heyranlıq bəslədiyim insanlar mənim yaxın dostlarıma çevrilib. Hal-hazırda bunun ən əsas nailiyyətim olduğunu hesab edirəm.

farhad_3

Mənim üçün əsas – zaman maneəsi olmadan, məhdudiyyətsiz yaratmaq imkanını əldə etməkdir.

Samir Sadıxov – peşəkar avtomobil dizayneri, Lamborghini, Ford, Hankook, Rezvani Motors ilə çalışıb. Hal hazırda Genesis Motors under Hyundai Group-un kreativ dizayneri olaraq işləyir.

samir_1

Yorulmadan çalışan, öz imkanlarını maksimum dərəcədə isifadə etməyə cəhd göstərən hər bir kəs uğur əldə edə bilər. Mənim üçün uğur - əmək və inadkarlığın mükafatıdır.

samir_2

Həyatımın işini dərk etməyimi və bu işi peşəmə çevirməyi bacarmamı özümün əsas nailiyyətim hesab edirəm.

samir_3

Arzular və planlar çoxdur, lakin onları bir vahid olaraq bir yerə toplasaq, o zaman birinci yerdə peşədə ən yüksək uğura can atmaqdır və nəticə olaraq öz brendini yartmaqdır.

 

Səməni viskisinin tarixi məhz Glenfiddich-dən başlayır. 1963-cü ildə William Grantın nəticəsi Sandy Grant Gordon Nyu-Yorka getmiş və dünyanı Glenfiddich Straight Malt ilə tanış edərək inqilab etmişdir. 

Glenfiddich səməni viskisi distilleriyada artıq 125 ildən çoxdur ki, istehsal olunur və bugünkü gün dünyada bu kateqoriyada ən titullu sayılır.

 

Çəkilişin təşkilatında göstərdiyi köməyə görə Retro Cars Baku, həmçinin Emporium Man mağazasına təşəkkürümüzü bildiririk.

 

Foto: Parviz GasımzadeZarifa Hüseynova

Stil: Nigar Gahramanova