NARGIS
Ru En
NARGIS MAGAZINE
GÖZƏLLİK

Yay məhsulu

Qızıl orta

screen_shot_2017-08-01_at_2.12.01_pm

Bizim kimi sadə fani insanların üzərinə dəbli Olimpin sakinləri olan uzunayaqlı və baxımlı qadınlardan heç də pis yaraşmayan sadə və əlçətan trendlər qədər bizi heç nə sevindirmir. Yəqin ki, bir çoxlarını köhnə, mehriban, tez-tez qayıdan - düz ortadan ayrılan saç trendi çox sevindirəcək. Həm də saçlarınızın necə olması vacib deyil: hamar daranmış, toplanmış, hörülmüş və ya quyruq kimi yığılmış, yaxud da sadəcə açıb buraxılmış... düzgün ortadan ayrılan tağ sizi bir neçə saniyə ərzində dəbli divaya çevirəcək! Daraqlarla silahlanırıq və ayırırıq!

Kiçik dırnaqlardan

screen_shot_2017-08-01_at_1.46.55_pm

Dəb və incəsənət bir-birinə məgər bəzən bizim təsəvvür etdiyimizdən də sıx bağlı olurmuş. Bu da təkcə yüksək modaya (nəyin sənətə məxsus olduğunu iddia etmək əbəs yerədir) aid deyil. Göründüyü kimi, rəsm şedevrlərinə özünəməxsus “kətan” olaraq tamamilə gözlədiyimiz paltarlar deyil, hətta çantalar da deyil... məhz modellərin dırnaqları çıxış edir!

Bu mövsüm manikür trendləri arasında açıq-aydın minimalizm liderlik edir: Vera Wang, Proenza Schouler, Rodarte, Opening Ceremony, Rebecca Minkoff, Novis, Cushnie et Ochs, Tanya Taylor и Creatures of Comfort nümayişlərindəki rəssam-suprematistlərin işlərini – və ya Tibi, kate spade və Creatures of the Wind-də olduğu monoxrom örtükləri - xatırladan rəngarəng bloklar və incə zolaqlar... Beləliklə, biz cəsurcasına və hətta o qədər də risk etmədən bu yay məhz müvəffəqiyyətin rəhninin sadəlik olduğuna qərar verməyə hazırıq – əlbəttə ki, bu sözün əsl kreativ mənasındadır.

 Narıncı inqilab

screen_shot_2017-08-01_at_1.57.53_pm

Həm geyimlərdə, həm makiyajdakı rənglərlə eksperiment aparmaq üçün istilərin gəlməsini gözləyənlərin də sevinmələrinə səbəb var. Sizin də zamanınız gəlib çatdı! Bu yay göz makiyajında, inanmayacaqsınız, həm də dodaqda olan narıncı və sarı çalarların hamısı populyarlığın zirvəsindədir. İndi bizdən tələb olunan tək şey – fırça və rənglərlə silahlanmaqdır, “kətan” isə daim yanımızdadır. Sarı-narıncı inqilaba Fay, Erdem, Salvatore Ferragamo, Gucci, Maison Martin Margiela (sarı qaşlar!), Versus, Sportmax, Molly Goddard, Jason Wu, Blugirl  və Byblos brendlərinin vizajistləri başçılıq etdi. Qalır, sadəcə şüarı car çəkmək: bütün ölkələrin inqilabçı qadınları, birləşin!