NARGIS
NARGIS MAGAZINE

ZƏHMƏT ÇƏKMİRİK!

Bu mövsümün əsas beauty-trendləri

Qürubun övladı

Çəhrayı sadəcə geyimdə və dəbli aksessuarlarda əsas rəng kimi sürətlə populyarlıq əldə etmir. Çəhrayı alov heç kimə və heç nəyə aman verməyərək podiumları aşağıdan-yuxarıya zəbt edib: çəhrayı pomada və dodaqlar üçün zərlər, saçlarda çəhrayı tel, çəhrayı ənlik və nəhayət göz qapağı üçün çəhrayı kölgələr! İncə şaftalıdan dolğun fuksiyaya qədər - bu mövsümdə çəhrayı kölgələrin bütün çalarları məşhurdur. Adam Selman, Anna Sui, Delpozo, Emilio de la Morena və Tadashi Shoji rəng çalarını verirlər. Bəs Siz özünüzü bu cür çəhrayı flaminqo kimi hiss etmək istəyirsiniz?

  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Tac qoyma mərasiminə buyurun!

Son illərdə, demək olar ki, sadə saç düzümləri və ya onların tamamilə olmaması normaya dönüb. Saç düzümü sahəsində artıq podiumlardan böyük şəhərlərin küçələrinə addımlayan yeni trend sizin gündəlik obrazınızı heç bir zəhmət çəkmədən və heç bir peşəkar bilikləri olmadan aktual və zərif etməyə özünə məqsəd qoymuşdur. Heç bir çətinlik yoxdur, sadəcə saç üçün aksessuarlar dəbə geri qayıdır. Mary Katrantzou, Dolce & Gabbana, Gucci və Elie Saab əmindirlər ki: başlıqlar, taclar, diademalar və parlaq sancaqlar mütləq hər birimizdə gənc qızı oyadacaq. Bizim onlara inanmağa bütün əsaslarımız var!

  •  
  •  
  •  
  •  
  •  
1 / 5

Gözlə atış atmak möhkəm əl tələb edir

Dumanlı göz makiyajı və iri oxlar o qədər uzun müddət və inadla öz mövqelərini tutublar ki, biz artıq onlara alışmışıq. İndi isə bu əbədi görünən fəndləri yeni, çox zəhmət tələb etməyən yeni beauty-trend bir az sıxışdırdı. Podium makiyajını təkrar etmək əslində asandan da asandır: bunun üçün yalnız layner (klassik qara və ya başqa rəngdə) və əlbətdə ki, sadəcə içəri göz qapağının vurğulamaq üçün möhkəm əl lazımdır. Bu mövsümdə bu xətləmə ilə moda evlərinin vizajistləri Thierry Mugler, Prabal Gurung, Herm.s, Francesco Scognamiglio, Giorgio Armani, Coach və Alberta Ferretti əyləniblər. Bəs bu varlığınızı vurğulamaq üçün əliniz titrəməyəcək ki?

  •  
  •  
  •  
  •  
  •  
  •  
1 / 5