NARGIS
Ru En
NARGIS MAGAZINE
İDMAN

RƏQS EDƏN YOQANIN METODU

Iyirmi yaşında Xulio Horvat Rumıniyanın Dövlət Opera teatrında rəqs edirdi. 70-ci ildə o, İtaliyaya mühacir düşür, altı ay qaçqın düşərgəsində qalır və ABŞ-da siyasi sığınacaq alır. İstedadlı rəqqas Nyu-Yorkda iki balet truppasının iştirakçısı olur: New York City Opera və Hyuston balet teatrı. Lakin, ciddi axilles vətərində və onurğada yaranan zədələr onun parlaq karyerasına son qoyur.      

screen_shot_2017-04-04_at_12.21.59

Amma qəribədir ki, onun hekayəsi burada bitmir – onun düşüncəsinə görə "dərin uçuruma düşməsinə" baxmayaraq hər şey yeni başlayır. Horvat Nyu Yorku tərk etmək qərarına gəlir. Səs-küylü meqapolisdən o, tərkidünyalığa üstünlük verir və müqəddəs Tomas adasına köçür, orada tam altı il tənha asket həyatı sürür. Xulio özünə sadə daxma qurur və bütün bu illəri gündəlik meditasiyalara və kundalini-yoqa üsullarına həsr edir. O, öz bədənini başqa cür eşitməyi, fikrini formalaşdırmağı və onu icra etməyi öyrənir. O, təkcə bədəninə və ruhuna şəfa verməyə deyil, həmdə öz xüsusi metodikasını yaratmağa müvəffəq olur. Bu metodikanı onun sənət yoldaşları "rəqqaslar üçün yoqa" adlandırırlar, ancaq müəllif özü isə girokinezis metodikası adlandırır.                 

Altı il keçdikdən sonra Horvat Nyu Yorka geri qayıdır. Burada o, Brodveyin rəqs studiyalarının birində öz metodunu tətbiq etməyə başlayır, bir ildən az müddətdə isə, 1984-cü ildə tezliklə rəqqaslar arasında inanılmaz məşhur olan girokinezis - White Cloud Studio adlanan ilk studiyasını açır. Məhz bu studiyada o, "GYROTONIC" xüsusi aparatının nümunələrini yaradır, bu aparat zədə alan rəqqasların səhhətlərinin tamamilə bərpasına, şüur və bədən vəziyyətinin balanslaşdırılmasına yardım etmək üçün nəzərdə tutulmuşdur. Tədricən girokinezis və "GYROTONIC" o qədər məşhur olur ki, onun dərslərinə nəinki professional rəqqaslar, həmçinin adi insanlarda gəlməyə başlayırlar. Onları bu praktikanın inanılmaz xüsusiyyəti cəlb edir - yaşından və səhhətindən asılı olmayaraq hamı üçün tam uyğundur.            

Bu sistemin başqasına heç bənzəməyən dörd əsas prinsipləri var: 

MƏQSƏD

Yalnız məqsəd bizi irəli aparır. Məqsəd qoyaraq biz bu və ya digər hərəkət/həyat/arzu trayektoriyasını seçirik.

Ziddiyyət vasitəsilə sabitləşmə

Bir pozada bədəni sabit tutaraq balans əldə etməyə çalışmaqdansa, əksinə olaraq girokinezis isə ziddiyyət vasitəsilə sabitləşməyə nail olmağı öyrədir - bir neçə qarşılıqlı əks hərəkətlər sayəsində -  daxili mərkəzdən zahirə və eynilə əksinə.  

Oynaqların relaksasiyası və dekompressiyası

Həddindən artıq qısılmış oynaqlar sərbəst hərəkət etmək qabiliyyətini itirirlər. Girokinezis metodu unikal çalışma üsulu vasitəsi ilə qısılmış oynaqlardan gərginliyin aradan qaldırılmasına imkan verir.    

Nəfəs

Girokinezisdə, bütün yoqa-praktikalarında olduği kimi, nəfəs alma hər şeydən əhəmiyyətlidir. Düzgün nəfəs alma hər icra olunan hərəkəti müşayiət etməlidir. 

"Mən istəyirəm ki, mənim bədənimdə həm musiqi həm poeziya olsun. İstəyirəmki nailiyyəti mübarizə aparmadan əldə edim, axı bu bizimlə mübarizəsiz baş verməlidir”.     

Xulio Horvat

"Rəqs edən yoqa" sistemi ilə keçirilən dərslər hər kəsə aşağıdakı nəticələri əldə etməyə imkan verir:

bütün oynaqlarda tam sərbəst hərəkət;

hər bir vəziyyətdə özünü tam idarəetmə;

bütün orqanizmin cavanlaşması;

energetika kanal sistemində tam sərbəstlik və bu kanallarda enerjinin açıq şəkildə dövr etməsi;

ürək-damar iş prinsipində yaxşılaşma və sinir sisteminin gücləndirilməsi;

bütün daxili orqanların sağlamlığının qorunmasına kömək edən bədənin düzgün təmizlənməsi;

fiziki yorğunluqdan sonra gücün sürətlə bərpası. 

Iyirmi yaşında Xulio Horvat Rumıniyanın Dövlət Opera teatrında rəqs edirdi. 70-ci ildə o, İtaliyaya mühacir düşür, altı ay qaçqın düşərgəsində qalır və ABŞ-da siyasi sığınacaq alır. İstedadlı rəqqas Nyu-Yorkda iki balet truppasının iştirakçısı olur: New York City Opera və Hyuston balet teatrı. Lakin, ciddi axilles vətərində və onurğada yaranan zədələr onun parlaq karyerasına son qoyur. Bu gün Xulio Horvatın 74 yaşı var, o, güc və enerji ilə doludur. "Rəqs edən yoq" öz metodunu və "Girotonik" aparatını təkmilləşdirməyə davam edir, yeni təlim və proqramlar hazırlayır, gələcək girokinezis təlimatçılarını şəxsən özü öyrədir. Horvatın, dünyada artıq əlli ölkədən çox ümumən 2500 studiyası fəaliyyət göstərir və onların sayı hər keçən gün artır. Metodun populyar olma sirri sadədir: onun təməlində sağlam bədəndə sağlam ruh arzusu, sərbəst hərəkət etmək arzusu, nəfəs və istək kimi güclü və yüngül olmaq arzusu var…