NARGIS MAGAZINE
REDAKTORUN GÜNDƏLIKLƏRI

GƏLƏCƏYİN İŞIĞI

Məndən sonra mənim haqqımda "O, yaxşı insan idi" desələr, xoşbəxt olaram. Bu mənim həmişə yaxşı insan olduğumu bildirmir. Lakin yaxşılıq ilk növbədə gəlir”. Yuriy Nikulin

Sırğalar, asmalar, üzük, qolbağlar BEE GODDESdən

Mənim sadiq oxucularım, varlığınız üçün sizə minnətdaram! Siz olmasaydınız, biz də olmazdıq... Bütün dünyanın 1 iyunda qeyd etdiyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sizi təbrik edirəm! Uşaqlarınıza və özünüzə ən mühüm üç şeyi arzulayıram: sağlamlıq, sağlamlıq və yenə də sağlamlıq. Həqiqətən, həyatda ən vacib olan yalnız budur. Və əlbəttə ki, uğur! Qoy, bu dəyişkən məfhum sizi və ailənizi heç vaxt tərk etməsin. Bu buraxılışımızı UNICEF Beynəlxalq Uşaq Fonduna və bu təşkilatın ölkəmizdəki fəaliyyətinə həsr edirik. Sizə Azərbaycanda yetişən gənc istedadlar, uşaqda hansı iradə qüvvəsinin təzahür etdiyi, yaxşı ana olmaq nə deməkdir və yaxşılığın nə qədər böyük qüvvə olduğu haqqında bir çox maraqlı və faydalı məlumatlar verəcəyik. Birgə layihə hazırlamaq ideyama müsbət yanaşan təşkilatın heyətinə bütün qəlbimlə minnətdaram. Bizim əməkdaşlığımız olduqca məhsuldar oldu! Bu buraxılış ürəyimdə xüsusi yer tutur. Buraxılış üzərində tam səkkiz ay çalışmışıq. Bəli, təqribən bir ananın körpəsini bətnində daşıdığı müddət qədər.

Bəlkə də UNICEF təşkilatı ilə o qədər yaxından tanış deyilsiniz? Problem deyil, mən sizə qısaca bu barədə məlumat verəcəyəm. Hərçənd iki kəlmə ilə bu Uşaq Fondunun dünyanın bu günü və gələcəyi üçün etdiklərini və edəcəklərini sadalamaq çətindir. Uşaq Fondunun məqsədlərindən biri bütün dünyanın -  uşaqların sağlamlığını, təhlükəsizliyini və lazımı şəraitdə ümumi inkişafını, bütün insanlığın proqresini qəbul etdirməkdir. UNICEF fondunun 1965-ci ildə "millətlərarası qardaşlığı gücləndirməkdə fəal rolu üçün" Nobel Sülh Mükafatı ilə təltifi zamanı bildirilmişdi ki, "UNICEF öz işləri ilə sübut edib ki: şəfqət heç bir milli sərhəd tanımır. Bunu hətta ən inadkar biri qəbul etməyə bilməz". Bu sözlər bu gün də aktuallığını qoruyub saxlayır. Gəlin, unutmayaq: uşaqlarımızın sabahının necə olacağı biz böyüklərdən, uşaqlara olan münasibətimizdən asılıdır. Unutmayın ki, uşağınıza qayğı göstərməklə bütün planetin gələcəyinə qayğı göstərmiş olursunuz! Bəli, hər şey bizdən və yalnız bizdən asılıdır...

Ülviyyə Mahmudova, baş redaktor